• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”la böyüyək...

Yazarlar

30-07-2022, 18:0

İyulun 27-də “Qalatasaray” İtaliya təmsilçisi “Salernitana” ilə gücünü sınayırdı.

Hər iki komanda yeni mövsümün hazırlığını Avstriyada davam etdirir. Elə bizim “Qarabağ” kimi. Məlum səbəblərdən “Qarabağ” üçün yeni mövsüm tez başlayıb. Ona görə də təmsilçimiz Alp dağlarının ətəklərini bir müddət əvvəl tərk edib. İtalyanlarla türklər kimi Avropanın bir çox aparıcı klubları hazırda Avstriyadadı və bir-birləri ilə qüvvələrini sınayır, zəif nöqtələri müəyyənləşdirirlər. “Qalatasaray”ın “Salernitana” ilə qarşılaşması da elə bu məqsədə xidmət edirdi. Yoxlama görüşlərinin xarakterinə uyğun keçən qarşılaşma 1:1 hesabıyla yekunlaşdı, tərəflər meydandan “sülh”lə ayrıldı. Bu matçdan söz açmağım heç də nəticəyə görə deyil.

Diqqətimi “Qalatasaray”ın baş məşqçisi Okan Burukun oyundan sonra türkiyəli jurnalistlərə verdiyi açıqlamalar çəkdi. Bu yazını yazmaq həvəsinə də məhz o açıqlamalara qulaq asandan sonra düşdüm.

Okan Buruk jurnalistlərin suallarını cavablayarkən transfer çalışmalarına da toxundu. Çalışdırıcı heç də hər istədikləri futbolçunu rənglərinə bağlaya bilmədiklərindən şikayətləndi. Özü də bunun səbəbini təxminən belə izah etdi: “Məsələ heç də pulda deyil. Bəzi futbolçular var ki, heç məbləği müzakirə etmirlər də. Onlar üçün Avropanın aşağı səviyyəli çempionatlarında, ortabab klublarda oynamaq daha cəlbedicidi, nəinki Türkiyəyə gəlmək. Ona görə də “Qalatasaray”ın heyətini gücləndirməyə, istədiyimiz futbolçuları heyətimizə cəlb etməyə çətinlik çəkirik. Əllərimizi yanımıza salmamışıq, axtarışlarımız davam edir. İnanıram ki, lazımi mövqeləri gücləndirmək üçün futbolçu tapacağıq”. Düzdü, Okan bəyin dedikərini tam əzbərləyib, sözbəsöz tərcümə etməmişəm. Amma gənc mütəxəssisin söylədiklərinin canı məhz belə idi. Mən də çalışdım ki, bunu siz dəyərli oxucularımıza çatdırım.

Əminəm ki, “Qalatasaray”ın baş məşqçisinin sözləri sizə heç də yad deyil. Çoxumuza bu şikayətlər tanışdı. Bəli, elə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da, eyni zamanda Ağdam klubunun rəhbərliyi də tez-tez belə şikayətlər səsləndirir. Biz isə inanmaq istəmirik ki, onun sözləri həqiqətdi, “Qarabağ” həqiqətən də transfer etmək istəyir, amma heç də hər futbolçunu razı salmaq olmur. İndi özünüz də görürsüz ki, bu cür şikayətləri edən təkcə Qurban Qurbanov deyil. “Qarabağ”la “Qalatasaray”ın büdcəsi arasında heç müqayisə aparmaq mümkün deyil. İstanbul klubunun azarkeşləri mövsüm başlamamış biletlərini alır, klubun fan-şopuna az qala hər ayın başında gedirlər. Əllərindən gələn qədər kluba maddi dəstək göstərməyə, “sarı-qırmızılar”ın uğurunda pay sahibi olmağa çalışırlar. Hələ mən “Qalatasaray”ın sponsorluq anlaşmalarını demirəm. Bütün tanınmış markalar “Cim-Bom”la tərəfdaş olmaqda maraqlıdı, bunun üçün yaxşı pul da xərcləməyə hazırdılar. Teleyayından gələn gəlirləri də unutmayaq. Artıq Türkiyədə belə bir ənənə formalaşıb, Superliqanın hər bir iştirakçısı ümumi “hovuz”dan özünə çatacaq məbləği alır. Bizim klublar isə “CBC Sport” yarananda boş vədlər eşitdilər, vəssalam.

Bütün bu məqamları ona görə sadalayıram ki, “Qalatasaray”la “Qarabağ”ın gəlirləri, maddi imkanları arasındakı fantastik fərqi hamımız gözümüzün önündə canlandıra bilək. Üstəlik, “Qalatasaray” Avropada yetərincə tanınmış klubdu. UEFA Kubokunun qalibi olan “sarı-qırmızılar”ın heyətində vaxtilə braziliyalı Taffareldən tutmuş rumın Hacıya qədər məşhur futbolçular forma geyinib. Elə klubun özünün Hakan Şükür, Arif Ərdəm, Əmrə, Arda kimi yetirmələri olub. Bununla belə, bugünkü şərtlər başqadı. O boyda “Qalatasaray”ın baş məşqçisi komandasını gücləndirmək üçün istədiyi futbolçuları transfer edə bilmir. Özü də lazım olan məbləği ödəməyə razı ola-ola.

Biz isə neçə ildi “Qarabağ”ı, onun rəhbərliyini və sponsorlarını, baş məşqçi Qurban Qurbanovu qınayırıq. Guya ki, adamlar pul xərcləmək istəmir, yaxşı transferlər etmirlər. Daha demirik ki, o legionerlər bizim boş tribunalar önündə keçirilən çempionatımıza gəlməkdə maraqlı deyil. Biri deyir, “Qarabağ” 10 milyonluq hücumçu alsın, o biri deyir, 5 milyonluq qapıçı lazımdı. “Qarabağ” artıq böyüyüb, məhdud imkanlarla Avropanın tanınmış klublarına meydan oxuyur. Bəlkə biz də “Qarabağ”la birlikdə böyüyək?!

AMAL

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-07-2022, 13:0

Seferoviç ardıcıl ikinci oyunda qol vursa da…

Dünya futbolu

22-06-2022, 20:0

Okan Burukun köməkçiləri bəllidi

Dünya futbolu

6-07-2022, 19:0

Markao “Sevilya”ya keçidin biraddımlığındadı

Dünya futbolu

14-07-2022, 15:0

"Qalatasaray"ın "Qəbələ"nin rəqibi ilə oyununda nələr yaşandı?

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə