Seferoviç ardıcıl ikinci oyunda qol vursa da…

28.07.2022 13:44 561
Dünya futbolu
Yeni mövsümə hazırlığını davam etdirən ''Qalatasaray'' ikinci toplanış üçün yollandığı Avstriyanın İnsbruk şəhərində dünən ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi ''Tivoli'' stadionunda İtaliya təmsilçisi ''Salernitana'' ilə qarşılaşıb. Baş məşqçi Okan Buruk meydana bu ''11-liy''i buraxıb:

Okan Kocuk, Dyubua, Metehan Baltacı, Əbdülkərim Bardakçı, Kazımcan Karataş, Çikıldau, Taylan Antalyalı, Barış Alpər Yılmaz, Oğulcan Çağlayan, Əmrə Kılınc, Seferoviç.

Buruk ikinci yarının gedişində qapıçı da daxil olmaqla bütün oyunçuları əvəzləyib. Bu hazırlıq dönəmindəki matçlarda o qədər də inamlı təsir bağışlamayan ''Cim-Bom'' yenə qalib gələ bilməyib. İtalyanlar 11-ci dəqiqədə bir ara ''Qalatasaray''ın da ciddi maraq dairəsində olan Erik Botheimlə hesabı açıblar. Amma cəmi 2 dəqiqə sonra Haris Seferoviç adını tabloya yazdırıb və görüş elə 1:1 hesabı ilə başa çatıb. Seferoviçin ardıcıl ikinci qarşılaşmada da fərqlənməyi bacardığını bildirək. O, ''Kasımpaşa''ya qarşı bundan əvvəlki yoxlama oyununda meydana çıxdıqdan 5 dəqiqə sonra qələbə qolunu vurmuşdu.

''Aslan'' bu yay keçirdiyi 6 yoxlama matçının 4-də qələbəyə həsrət qalıb (2 heç-heçə, 2 məğlubiyyət). Komanda Avstriyada son oyununu iyulun 31-də ''Fiorentina''ya qarşı keçirəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul