“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Ötən həftə AFFA-nın təşkil etdiyi Yüksək Qızlar Liqasının 2021/22 mövsümünə yekun vuruldu. Mövsümü 34 xalla tamamlayan 8 №-li RiOEUGiM (Təhsil Nazirliyinin nəzdində 8 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq və Gənclərin idman məktəbi) komandası bütün rəqiblərini qabaqladı və Azərbaycan çempionu adını qazandı. Budəfəki müsahibimiz də həmin komandanın baş məşqçisi Elvin Həmidovdu.



- Elvin bəy, gənc yaşda çempion adını qazanmağı bacardız. Özü də Azərbaycanda hələ yeni-yeni inkişaf edən qadın futbolunda. Maraqlıdı, bu sahəyə necə gəlmisiz?

- Mən 1987-ci ildə Qaxda dünyaya göz açmışam. Bilirsiz ki, bizim rayonumuz Azərbaycanın dilbər güşələrindəndi. Hamı kimi mən də məhlədə, küçədə futbol oynamağa başlamışam. Həmyaşıdlarımın arasında seçilirdim. Bunu kənardan izləyənlər də deyirdi. 1998-ci ilin martından futbolla məşğul olmağa başladım. Belə demək mümkünsə, elə həmin vaxtdan futbolun içindəyəm. Peşəkar kimi bir çox klubların heyətində çıxış etmişəm. O cümlədən də hərbi xidmət vaxtı MOİK-in formasını geymişəm. “Neftçi”nin əvəzedicilərində və əsas komandasında da oynamışam. Rəhmətlik Səmədağa Şıxlarov və Şamil Heydərov “Neftçi”nin əvəzedicilərinin heyətində çıxış edərkən məşqçilərim olub. Elə onların məsləhətiylə Ağasəlim Mircavadov məni əsas komandaya cəlb etdi. Zaur Tağızadənin “Neftçi”də parladığı dövrlər idi. Peşəkar futbolun ən böyük problemlərindən biri də zədələrdi. Məndə də belə bir hadisə yaşandı. Tez-tez zədələnirdim. Bu zədələr mənim karyerama ciddi problem yaratdı. Belədə məşqçilik barədə düşündüm. İlk addımlarımı atarkən Siyasət Əsgərov mənə qadın futbolunda çalışmağı təklif etdi. AFFA tərəfindən də bu sahəyə böyük diqqət və dəstək var. Ona görə də 2012-ci ildən bu sahədə çalışmağa başladım. 10 ilə yaxındı ki, məşqçi kimi məhz qadın futbolunda çalışıram. İlk üç ildə müstəqil şəkildə çalışırdım. O vaxt Təhsil Nazirliyinin nəzdində iki futbol məktəbi var idi - biri “Vətən”, digəri isə “Təhsil”. 7 il əvvəl “Təhsil” futbol məktəbi bizi himayəsinə götürdü, çempionatda bu adla iştirak etməyə başladıq. 3 yaş qrupunda məktəbimiz təmsil olunur. Bu vaxta qədər hər üç yaş qrupunda mükafatlar qazanmışıq. Düzdü, pandemiyadan sonra U-13 komandalarının çempionatı ləğv olundu. Hazırda U-17 və Yüksək Liqada çıxış edirik. Milli komandalarda 20-yə yaxın bizim yetirməmiz oynayır. Bu isə bizim məktəbimiz, şəxsən mənim üçün böyük göstəricidi. Məşqçi kimi nəticələrimə görə Təhsil Nazirliyi tərəfindən iki dəfə mükafatlandırılmışam, “İlin məşqçisi” adına layiq görülmüşəm.

- Qızlar arasında Yüksək Liqada rəqabət necədi? Azərbaycan çempionatı necə keçirilir?

- Bilirsiz ki, artıq bu mövsüm başa çatıb, çempionata yekun vurulub. Aprelin 30-da son turun oyunları keçirildi və biz çempion olduq. Səkkiz komanda bu liqada yarışır. Onların da tən yarısı mükafatlar uğrunda mübarizə aparırdı. O cümlədən də mənim baş məşqçisi olduğum 8 saylı idman məktəbinin komandası. Şəkinin “Nuxa”, Balakənin “Balxurma” komandası da güclülərdəndi və böyük rəqabət yaratmağı bacarıblar. O cümlədən də “Xırdalan Siti”nin adını çəkə bilərəm. Bu komandalar mükafatlar uğrunda sonadək yarışdılar. Sevinirəm ki, bu mübarizədən biz qalib çıxdıq və çempion adını qazandıq. Şəki təmsilçisi 2-ci oldu, Balakən komandası isə bürünc medalları qazandı. AFFA tərəfindən çempionatın keçirilməsinə böyük dəstək göstərilir, bütün şərait yaradılır. Məşqçilərin əməkhaqqı vaxtında verilir, komandaların məşq etməsi üçün stadionlar ayrılır, formalar, inventarlar, toplar da təmin edilir. Oyunlara getmək üçün komandalara nəqliyyat vasitəsi ayrılır. Futbolçuların qidalanması da AFFA tərəfindən təmin olunur. Bir sözlə, təşkilatçılıq yüksək səviyyədədi. Rəqabət də var. Ümid edirəm ki, bütün bunlar Azərbaycanda qadın futbolunun inkişafına təkan verəcək.

- Azərbaycanda qadın futbolunun hansı özünəməxsus problemləri var? Onları necə həll edə bilərik?

- Bu gün Azərbaycanda qadın futbolu bütünlüklə AFFA-dan asılıdı. AFFA bu işi üzərinə götürüb, maliyyələşdirməni, təşkilatı işləri, demək olar ki, təkbaşına görür. Avropa ölkələrində isə vəziyyət fərqlidi. Yaxşı olardı ki, biz də onlardan nümunə götürək. Ən azı yüksək liqada iştirak edən komandaları peşəkar klublar üzərinə götürsəydi, çox yaxşı olardı. Bizim komandamız bir idman məktəbinin adını daşıyır. Bir də var ki, bizim komandamız “Qarabağ”, yaxud “Neftçi” kimi klubla bağlı olsun. “Sabah”, yaxud da “Zirə” də qadın komandalarını öz üzərinə götürə bilər. Belədə peşəkarlıq da yaranardı. Uşaqlarda da stimul olardı. Bizdə qadın futbolu klub səviyyəsində olmadığına görə bizim komandaların Çempionlar Liqasına çıxışı yoxdu. Bunun üçün peşəkarlaşmaq lazımdı. Belədə çempion olan komanda da ölkəmizi avrokuboklarda təmsil edə biləcək. Bunun özü qızlar üçün böyük stimuldu. Elə məşqçilər də işinə daha həvəslə yanaşar. Hər şeyi AFFA-dan gözləmək də düzgün deyil. 4 komanda çempionatda mükafatlar üçün yarışır, başqalafrı da bu pillələrdən uzaq düşür. Yaxşı olardı ki, rəqabət daha yüksəlsin, hamı mükafatlar üçün yarışacaq gücdə olsun. Belədə inkişafımız da daha yaxşı sürət götürər. Biz Şəki komandasına uduzmuşduq. Məğlubiyyət qızlarda əlavə məsuliyyət yaratdı. Bakıda 1:2 hesabıyla məğlub olmuşduq. Şəkidə isə 11:2 hesablı qələbəyə sevindik. Bu faktın özü rəqabətin vacibliyindən xəbər verir.

- Çempion olduqdan sonra komandanızın qarşısında hansı vəzifələr dayanır? Yeni hədəflər nədi?

- Komandamızın hədəfləri həmişə yüksəkdi. İyulun 1-ə qədər öz proqramımızla məşq edəcəyik. Baxmayaraq ki, mövsüm bitib. Ondan sonra komanda istirahətə buraxılacaq. Bu da bir ay müddətini əhatə edəcək. Yeni mövsümün hazırlığına avqustda başlayacağıq. Gələn mövsümdən çox şey gözləyirik. Bu mövsümdən klublar bizim komandaları öz öhdəsinə götürəcəklər. Biz hələ dəqiq bilmirik ki, bizi hansı klub götürəcək. Bunlar məlum olandan sonra yeni hədəfləri müəyyənləşdirəcəyik. Çünki klubla müzakirə aparmalıyıq. Ümid edirəm ki, yeni mövsüm qadın futbolunda dönüş nöqtəsi olacaq. Hədəfimiz həmişə çempionluqdu.

- Komandanıza futbolçu seçərkən nələrə diqqət edirsiz?

- Ən əvvəl onun insani keyfiyyətlərinə önəm verirəm. Bir şəxsdəki insani keyfiyyətlər yoxdu, ondan futbolçu da çıxmaz. Belələri ilə işləmək də çətindi. Əfsanəvi bir futbolçu olsun. Amma insani keyfiyyətləri yoxdusa, onu komandaya götürmərəm. Komanda bu cür futbolçulardan ziyan görər, kollektiv parçalanar. İnsanı futbolçu eləmək olar. Başa salarsan, öyrədərsən. O da hörmətlə bunu qarşılayar, riayət edər. Amma keyfiyyətsiz şəxs bunun əksini edir. Bunları nəzərə alıram və insani keyfiyyətlərə önəm verirəm. Onsuz da bizdə qızları futbola cəlb etmək çətindi. Bununla belə, hər gələni də komandaya görürmək olmaz.

- Bir az da bizim qadın futbolunun perspektivlərindən danışaq.

- Bir dönəm bizdə qadın futbolu oldu, hər şey də yaxşı gedirdi. Sonradan müəyyən problemlər ucbatından hər şey dağıldı. 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsi Azərbaycana həvalə olundu. Siz də xatırlayarsız. Bizim millimiz həmin çempionatda böyükhesablı məğlubiyyətlərə düçar olurdu. Aradan 10 il keçib. Artıq dörd yaş qrupu üzrə millimiz var. U-15, U-17, U-19 və A milli komandamız formalaşıb. Son seçmə mərhələlər göstərdi ki, ümid var. U-17 millimiz Albaniyadakı seçmə mərhələdə iştirak etdi, U-19 isə Şimali İrlandiyada. Məğlub olsaq da, hesablar 2012-ci ildən bəri xeyli yaxşılaşıb. O cümlədən də A millimiz. İlk vaxtlar böyük hesablar qeydə alınırdı. Artıq təcrübə qazanmışıq. Avropa çempionatının seçmə mərhələsində Danimarkaya qarşı yaxşı çıxış etdik. Evdə 0:8 hesabıyla məğlub olduğumuz rəqiblə səfərdəki oyunda 0:2 hesabı qeydə alındı. Demək istəyirəm ki, ildən-ilə müsbət dəyişikliklər var. İnkişaf edirik. Ümid edirəm ki, klubların dəstəyindən sonra hər şey daha yaxşı olacaq.


- Sonda futbolçu olmaq istəyən qızlara, onların valideynlərinə nə demək istərdiz?

- Adətən, bizdə deyirlər ki, qız hara, futbol hara?! Avropada belə deyil. Bu fikri başımızdan atmalıyıq. Maşallah olsun, valideynlərin də baxış bucağı dəyişir. Millimiz doğma meydanda oynayanda, çempionat qarşılaşmalarında valideynlər tribunalara gəlir, azarkeşlik edirlər. Bunun özü irəliyə addımdı. Deməli, valideynlər futbola daha böyük maraq göstərir. Bu isə kütləviliyə təsir edəcək. Qızlara da demək istəyirəm ki, sağlam bədəndə sağlam ruh olar. Futbola maraqları varsa, yaxın ərazidəki qadın futbolu komandasının məşqlərinə yazılsınlar, gələcəklərini bu idman növünə bağlasınlar. Belə olduqda gələcəkdə qadın futbolu da inkişaf edəcək.

İLKİN SULTANLI

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.


Çempion komandanın baş məşqçisi: “Bizim komandaların Çempionlar Liqasında çıxışı bu səbəbdən mümkün deyil”

Son xəbərlər

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

“Tottenhem”dən daha bir transfer

Bütün xəbərlər