• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nuqzar Kvirtiya: “Gürcü uşaqlar futbola Avropada oynamaq arzusuyla gəlirlər” - LAYİHƏ

Ölkə futbolu / Layihə

10-04-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimiz yerli yox, əcnəbi mütəxəssisdi. Hərçənd onu əcnəbi saymaq da bir qədər çətindi. Gürcüstanlı Nuqzar Kvirtiya xeyli müddətdi Azərbaycandadı. Vaxtilə AZAL-dakı çıxışıyla alqış qazanan Nuqzar bir müddət “Turan”da da çıxış edib. Sonra vətəninə yollanan və yerli “Quriya”nın formasını geyən yarımmüdafiəçi Tunisdə də legioner həyatı yaşamağa macal tapdı. Onun sonuncu klubu AZAL-ın varisi sayılan “Şüvəlan” oldu. Qəsəbə təmsilçisi birinci divizionda uğurla çıxış etsə də, elitaya yüksələ bilmədi. Karyerasını bitirən Kvirtiya Bakıda yaşamağa davam edir. Onun həyat yoldaşı tanınmış model İnna Kvirtiyadı. Cütlük bu yaxınlarda yaratdıqları “White City” klubuyla da gündəmə gəldi. Klubun sahibi də elə Nuqzarın həyat yoldaşı İnnadı. Gürcüstanlı futbolçuyla söhbətimizə onun futbola gəlişiylə bağlı sualla körpü saldıq...

Nuqzar Kvirtiya: “Gürcü uşaqlar futbola Avropada oynamaq arzusuyla gəlirlər”


- Hər bir futbolçunun özünə görə tarixçəsi, keçdiyi həyat yolu var. Kimisi təsadüfən futbolçu olar, kimisini ailə bağları, yaxud da hədsiz istedadlı olması bu sahəyə gətirir. Bəs siz futbola necə gəldiz?

- Mən 1984-cü ildə Tbilisidə dünyaya göz açmışam. Atam da futbolçu idi, özü də oynadığı komandanın kapitanı olduğu üçün ona böyük hörmət bəsləyirdilər. Bu hörmətə görə də ona icazə verirdilər ki, məni məşqlərə və toplanışlara özüylə aparsın. Eyni zamanda da daim həyətimizdə həmyaşıdlarımla futbol oynayırdım. 1992-ci ildə, 8 yaşım olanda Gürcüstanda müharibə başladı, qarışıqlıq yarandı. Ailəlikcə Moskvaya köçdük. Orda da Gənclərin Futbol Məktəbinə yazıldım. Oranın məşqçiləri bizimlə məşğul olurdular, yaxşı komandamız vardı. Özümü də oranın yetirməsi saya bilərəm. İki dəfə məktəblilər arasında Moskva kubokunun qalibi olmuşduq. Bir ara Moskva “Spartak”ına keçidim gündəmdə oldu, amma zədə səbəbindən bu keçid alınmadı. Peşəkar kimi ilk addımlarımı vətənimdə, Tbilisi “Dinamo”sunun gənclər komandasında atmışam. Özü də 16 yaşımda, yəni 2000-ci ildə.




- Uzun müddətdi Azərbaycandasız. AZAL-da, “Turan”da və “Şüvəlan”da çıxış etmisiz. Bizim futbolu yaxından izlədiyinizi də bilirəm. Azərbaycan və Gürcüstanın uşaq futbolu arasında hansı paralellər aparmaq olar?

- Sözsüz, müəyyən fərqlər var. Gürcüstanda hələ kiçik yaşlarından uşaqları Avropa futboluna hazırlaşdırırlar, mental olaraq uşaqlar bu arzuyla böyüyür, ona çatmağa çalışırlar. Hər bir xırda detala diqqət yetirir, hansı situasiyada necə davranmaq lazım olduğunu öyrədirlər. Uşaqlar evlərinin həyətində futbol oynamaq üçün yerə və imkana sahibdilər. Azyaşlılar arasında müxtəlif turnirlər, məhəllələrarası çempionatlar keçirilir. Bu isə sözün yaxşı mənasında mübahisələr, bəhslər yaradır ki, həmin rəqabətin sayəsində də inkişaf etmək mümkündü. Bir sözlə, gürcüstanlı uşaqların böyük əksəriyyəti futbolla yaşayır. Gürcüstandakı uşaq futbol akademiyalarının hamısı heç bir şey həll etməyən, müvəqqəti xarakterli nəticələrə diqqət yetirmir, əhəmiyyət vermir. Əksinə, Azərbaycanda nəticə əsas məsələdi. Buna görə də uşaq məşqçilərinin qarşısına şərt qoyurlar. Sizə deyim ki, Rusiyada da vəziyyət Azərbaycandakına oxşayır. Ona görə də rusların da yetirmələri nadir hallarda Avropa klublarına qədər yüksələ, orda möhkəmlənə bilirlər.Yəqin bu barədə mənimlə razılaşarsız.



- İstərdim ki, bu məsələyə bir qədər də ətraflı yanaşaq. Gürcüstanlı legionerlər Avropanın bir çox klublarında çıxış edir, amma azərbaycanlılar bu məsələdə onlardan geri qalır. Sizcə, problem nədədi? Bizimkilərdə legioner həyatı niyə uğurlu alınmır?

- Az əvvəl qeyd etdiyim kimi, hər şey uşaqlıqdan başlamalıdı. Uşaq futbolda ilk addımlarını atarkən belə tərbiyə olunmalı, onun qarşısına Avropa klublarına yüksəlmək hədəfi qoyulmalıdı. Tanınmış azərbaycanlı futbolçuların günahı deyil ki, onlara Avropadan dəvət gəlmir, yaxud da onlar orda möhkəmlənə bilmirlər. Çünki onlara uşaqlıqda bunu öyrətməyiblər. Belədə isə birbalaca çətinliklə üzləşən kimi, ordan qaçmağın yollarını axtarmağa başlayırlar. Çətinliklərlə mübarizə aparmaq, daha güclü olmaq əvəzinə sizin futbolçular evə qayıtmağa tələsirlər. Bilirlər ki, onları burda gözləyirlər, klublar həmin futbolçunu qəbul edəcəklər və həmin futbolçu da “evdə” oynamağa başlayacaq. Belə olan halda kim xaricə getməyə, çətinlik çəkməyə razılaşar? Heç kim!

- Sonda həyat yoldaşınızla yaratdığınız klubla bağlı danışaq. “White City” futbol klubu necə yarandı, hazırda işlər necə gedir, gələcək planlar necədir?

- Əslində biz “White City” futbol klubunu 2019-cu ildə yaratmışdıq. Amma onda toplu halda məşqlər keçilmirdi, daha çox fərdi hazırlığa diqqət ayırırdıq. 2020-ci ildən tam gücümüzlə futbol məktəbinə çevrildik. Hazırda müxtəlif yaş qrupları üzrə komandalarımız var, gələcəkdə bu sayı daha da artırmağı düşünürük. Allaha şükür, işlərimiz yaxşı gedir. Artıq Azərbaycan çempionatında - U-14 liqasında çıxış edirik. Gələn mövsümdən U-11 və U-15 komandalarımız da çempionata qatılacaq. Əsas hədəfimiz azyaşlı futbolçuları yaxşı hazırlamaq, onları premyer-liqa səviyyəsinə çatdırmaqdı. Addım-addım irəli getməyi planlaşdırmışıq. Əvvəlcə bütün yaş qrupları üzrə komandalar formalaşdırmalıyıq, daha sonra başqa hədəflər barədə düşünəcəyik. Bununla yanaşı, Azərbaycanda qadın futboluna marağın yüksəldilməsinə çalışırıq. İstəyirik ki, azarkeşlər tribunaları doldursunlar, o cümlədən də, qadınlar futbola baxsın, bu gözəl oyunla məşğul olsunlar. Çox istərdim ki, azərbaycanlı futbolçular ölkəni uğurla təmsil etsinlər, milli qürur mənbəyinə çevrilsinlər. Bu işdə bizim “White City” futbol klubunun da payının olmasına çalışırıq.



İLKİN SULTANLI

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər
Aktual
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
Son xəbərlər
  • Bu gün, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Bu gün, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
Daha çox
Oxunub: 648
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 238
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 215
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 212
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə