• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əli Əliyev: “Qarabağ”ın qazandığı uğurlar böyük zəhmətin nəticəsidi” - LAYİHƏ

Layihə / Manşet

12-06-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Azərbaycan millisinin Millətlər Liqasında mübarizə apardığı qrupdakı rəqiblərindən biri Qazaxıstandı. Qazaxlar Nur-Sultanda keçirilən görüşdə millimizin qapısına iki cavabsız top vurmaqla hamımızı təəccübləndirdi. Özü də rəqibin heyətində bir çox əsas heyət üzvləri çıxış etmirdi. Belə çıxır ki, Qazaxıstan futbolu inkişaf səviyyəsinə görə bizi qabaqlamağa başlayıb. Bəs onlar buna necə nail olublar? Bu barədə Qazaxıstanda yaşayan həmyerlimiz, futbol mütəxəssisi Əli Əliyevlə söhbətləşdik. Onunla apardığımız müzakirələ zamanı Qazaxıstanla Azərbaycanın uşaq futbolunu müqayisə etməyə, uğurun sirrini öyrənməyə çalışdıq.

Bu yerdə onu da qeyd edək ki, payızda PRO kateqoriyası üçün imtahan verməyə hazırlaşan Əli Əliyev kurslar çərçivəsində “Qarabağ”ın da düşərgəsində olub, Qurban Qurbanovun təcrübəsindən yararlanmağa çalışıb. Özü də söhbətimiz zamanı “Qarabağ”ı və Qurban Qurbanovu böyük məhəbbətlə xatırlayıb, onlara səmimi salamlarımızı çatdırmağı xahiş etdi.

- Cənab Əliyev, futbolda ilk addımlarınızı necə atdız? Kimsə sizin istedadlı olduğunu fərq edib, məşqlərə apardı, yoxsa arzularının ardınca getdiz?
- Futbola ilk addımlarımı necə addığımı çox yaxşı xatırlayıram. 1-ci sinifdə oxuyanda atam məni stadiona aparmışdı. “Kayrat” Almatıda Moskva “Spartak”ını qəbul edirdi. Mən də ilk dəfə mərkəzi stadionla, “Kayrat”la tanış olurdum. Çox həyacanlıydım. Həmin andan etibarən özümü bütünlüklə futbola verdim. Tale elə gətirdi ki, ömrümün 10 ilini də sonradan peşəkar səviyyədə “Kayrat”la bağlı oldum. Bir sözlə, bir andaca mənim üçün hər şey dəyişdi. Futbolda istedadla yanaşı nizam-intizam, məsuliyyət də vacibdi. Bəlkə də, mən də bu xüsusiyyətlər istedadımdan daha çox idi. Özümü meydanda məhz bu cür göstərməyə çalışırdım. “Spartak”ın sərgilədiyi futbola ilk baxışdan vurulmuşdum. Bu da xaraktercə romantik olmağımdan irəli gəlirdi. Onların oyunu mənim ruhuma yaxın idi. Desəm, inanmazsız. Bizim o vaxtkı qrupumuzda uşaqların çoxu beləydi. Olsa-olsa, 2-3 nəfərdə xüsusi istedad var idi. Amma futbol sevgimiz sonsuz idi. Bir sözlə, biz futbola təsadüfən gəlməmişdik.

- Bir müddət əvvəl “Qarabağ”ın düşərgəsində olduz, məşqləri yaxından izlədiz. “Qarabağ” və Azərbaycan futbolu sizə necə bağışladı? Burda yeni nəsə gördüz?
- “Qarabağ”ın oyunlarını Bakıya gəlməmişdən əvvəl də izləyirdim. “Qarabağ” əsl fenomenal komandadı. Bu klub qısa müddət ərzində böyük yol keçib, inkişafa nail olub. Təsadüfi deyil ki, ardıcıl hər il avrokubokların qrup mərhələsinə vəsiqə qazanır, Çempionlar Liqasının qrupunda çıxış edib. Ötən mövsüm də “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində “Kayrat”a rəqib oldu. “Kayrat” da mənim üçün doğmadı, bu məqam mənim “Qarabağ”a diqqətimi daha da artırdı. Sanki Allah da mənim “Qarabağ”a olan marağımı, həvəsimi gördü və yollarımızı bu formada kəsişdirdi. Fürsətdən istifadə edib, Qurban Qurbanova bizi qəbul etdiyinə görə təşəkkür edirəm. Biz hər şeyi öz gözlərimizlə gördük və əmin olduq ki, bütün uğurlar təsadüfi deyil. Onları qazanmaq üçün böyük yol keçilib, zəhmət çəkilib. “Qarabağ”ın düşərgəsinə üç nəfər gəlmişdik. Hər bir nüansa diqqət edirdik, özümüz üçün qeydlər götürdük. Bütün detallar bizim üçün maraqlı idi. Xüsusən də hücum elementləri. Burda bir haşiyəyə çıxım, mətbəxinizi də qeyd edim. Dünyada tayı-bərabəri olmayan ləzzətli yeməkləriniz var. “Marsel”lə oyunu stadiondan canlı izlədik. Azərbaycanlı futbolsevərlər üçün əsl bayram ab-havası idi. Qurban Qurbanova da, köməçilərinə də, bizə yardımçı olan klub rəhbərliyinə də ürəkdən minnətdaram. Bakıya səfər bizim üçün çox zəngin və maraqlı keçdi.



- Azərbaycan və Qazaxıstan futbolları arasında paralellər aparaq. Hansı oxşar cəhətlər və fərqlər görürsüz?
- Ən vacibini deyim. Hər iki ölkədə nəticəyə önəm verirlər. Həm Qazaxıstanda, həm də Azərbaycanda nəticə önəmlidi. Nəticə qazana bilmədinsə, gördüyün işin də bir mənası olmayacaq. Dərhal da tənqidlər başlayacaq, rəhbərlik səni qınayacaq. Əsas fərq isə infrastrukturdadı. Azərbaycanda klubların bazaları yaxşıdı, stadionlar müasirdi. Ümid edirəm ki, Qazaxıstan da bu sahədə nümunə götürəcək, sizinlə ayaqlaşa biləcəyik. Uşaq futbolunda infrastruktrur vacib amildi. O sahədə vəziyyət yaxşı olsa, mütəxəssislərin gördüyü işin də nəticəsi olacaq. Futbolçu da insandı. Hər bir insan isə rahatlıq, yaxşı şərait arzusundadı. Etiraf etmək lazımdı ki, bu baxımdan Azərbaycan Qazaxıstanı qabaqlayır.

- Elə bu mövzunun davamı kimi sizdən soruşum. Qazaxıstanda uşaq futbolunun vəziyyəti hazırda necədi? İnkişaf gedirmi?
- Yaralı yerimizə toxunduz. Uşaq futbolu çox həssas və vacib mövzudu. Hər bir klubun nəzdində uşaq futbol məktəbləri var. Bu məktəblərin komandaları arasında müxtəlif çempionatlar, turnirlər keçirilir. Amma əvvəlki sualın cavabında dediyim kimi, inkişaf üçün infrastruktun vəziyyəti önəmlidi. İnventarlar olmalıdı, uşaqlar müasir dövrün tələblərini bilmədilər. Çox yaxşı olardı ki, uşaq komandaları beynəlxalq aləmə çıxsınlar, xarici ölkələrdə turnirlərdə iştirak etsinlər. Bununla da onlar Avropadakı səviyyəni görər, ordakı ab-havayla tanış olarlar. Təsəvvür edin ki, Qara Qarayev hələ uşaq yaşlarında Ronaldo səviyyəsində rəqibiylə qarşılaşır. 13-14 yaşlarından bu şəraiti yaratmaq lazımdı. Belədə həmin uşaqlarla gələcəkdə Portuqaliya millisi ilə qarşılaşmaq qorxulu olmayacaq. İbtidai sinifdəki müəllimdən uşağın ilk dəsti-xəttinin necə olması asılıdı. Futbolda da belədi. Uşağın futbola sevgisi, onun bu oyuna baxışı məşqçilərdən çox asılıdı. Təəssüf ki, Qazaxıstanda nəticələrə çox önəm verirlər, buna görə də bülə nüanslar diqqətdən qaçır. Lisyenziya almaq üçün hər bir klubun uşaq komandaları olmalıdı. Klublar da bu məqama riayət edir, məktəblər açırlar. Hər bir məktəbdə 500-ə yaxın uşaq futbolla məşğul olur. Orda onlarla 14-ə yaxın mütəxəssis işləyir. Eyni zamanda özəl futbol məktəbləri də var. Bu da kütləviliyin artmasına müsbət təsir göstərir. Uşaqları küçədən yığmaq, idmana cəlb etmək lazımdı. Həmin uşaqlar pis vərdişlərdən də uzaq olarlar. Məşqlərə vaxt keçirmək üçün gəlmək lazım deyil. Hər şeyə peşəkar yanaşmaq lazımdı. Bunun üçün kompleks yanaşma lazımdı. Yaxşı mütəxəssislərdən başlayıb istedadlı uşaqların nəzarət altına alınmasına qədər. Hər bir detal nəzərə alınmalıdı.



- Belə baxıram ki, vəziyyətimiz sizinlə oxşardı. Ən vacib nələri etməliyik ki, inkişaf yoluna qədəm qoyaq, futbolumuz inkişafa doğru hərəkətlənsin?
- Uşaq futbolunda ən yaxşılar işləmələdi. Onlar bütün qayğılardan uzaq olmalı, diqqətlərini uşaqların yetişdirilməsinə yönəltməlidi. Rəqabət yaradılmalıdı. Sözsüz ki, bu rəqabət də inkişafa gətirəcək. Həm mütəxəssislərin xaricdə təcrübə qazanması vacibdi, həm də azyaşlıların. Xaricdən mütəxəssis gətirmək çıxış yolu deyil. Yerli mütəxəssislər orda öyrənməlidi. Hazırda Portuqaliya, Fransa, Almaniya bu sahədə fərqlənir. Çalışmalıyıq ki, mütəxəssislərimiz orda hər şeyi gözləri ilə görsünlər, iş prinsipini öyrənsinlər. Kadrlar çox şeyi həll edir. Tanınmış klublarla qarşılıqlı əlaqə olmalıdı, hərədən bir yaxşı şey öyrənmək olar. Belçikaya, yaxud Uelsə baxaq. Uzun müddət böyük uğurlara həsrət qaldılar. Amma indi milli səviyyəsində böyük turnirlərə vəsiqə qazanırlar, nəticələr yaxşılaşıb. Deməli, düzgün yol seçəndə, inkişaf da olur. Biz də bunu edə bilərik, həm Qazaxıstanda, həm də Azərbaycanda.

İLKİN SULTANLI

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Əli Əliyev: “Qarabağ”ın qazandığı uğurlar böyük zəhmətin nəticəsidi”

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

2-04-2022, 19:0

Namaşko qazaxların fiziki gücünü və “standartlar”ı qabartdı - AÇIQLAMA

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Ölkə futbolu

6-06-2022, 12:0

Asif Əliyev Bolqarıstan Futbol Federasiyasının baş katibi ilə görüşüb

Layihə / Manşet

5-06-2022, 23:0

Vüqar Məmməd: “İnkişaf etmək üçün öz modelimizi formalaşdırmalıyıq” - LAYİHƏ

Aktual
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Son xəbərlər
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Dünən, 19:00
    Messi fırıldaqçıdı?
  • Dünən, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Dünən, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Dünən, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Dünən, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Dünən, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Dünən, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Dünən, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Dünən, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Dünən, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Dünən, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Dünən, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Dünən, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Dünən, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Dünən, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Dünən, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Dünən, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Dünən, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Dünən, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Dünən, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Dünən, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Dünən, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
Daha çox
Oxunub: 574
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 269
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 241
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 189
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə