• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Məşq etmək, futbol oynamaq üçün stadiona kilometrlərlə yolu piyada gedirdim” – LAYİHƏ

Layihə / Manşet

3-04-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimiz futbolsevərlərə yaxşı tanışdı. İmişli futbolunun yetirməsi olan Ruhid Usubov “MKT-Araz”da, eləcə də “İnter” və “Simurq”da oyunu ilə yadımızda qalıb. 36 yaşlı Ruhid hazırda İmişlidə azyaşlılara futbolun sirlərini öyrədir. Özü də heç bir təmənna güdmədən. Onunla söhbətdə bir çox maraqlı məqama toxunduq.



- Ruhid bəy, hər bir futbolçunun futbola gəlişinin özünəməxsus tarixçəsi var. Bəs siz futbola necə gəldiz? İlk addımlarınızı hansı məşqçinin rəhbərliyi altında atdız?

- Mən futbolla məşğul olmağa bir qədər gec başlamışam, amma həvəskar səviyyədə ağlım kəsəndən topun arxasınca qaçmışam, futbola böyük sevgim olub. 13-14 yaşlarımda məktəblərarası çempionatda oynayırdım. Həmin vaxt Süleyman İsayevin rəhbərliyi altında “İmişli” adlı komanda yaranmışdı. Bu komanda rayonumuzu Həvəskarlar Liqasında təmsil edirdi. Oyunum haqqında ona demişdilər və o da oyunuma baxmaq üçün məktəbimizə gəldi. Bir qədər sonra “İmişli”yə dəvət aldım. Bir il “İmişli”nin formasını geydim. Çox keçmədən İmişlidə “Lokomotiv” adlı komanda da yaradıldı və Nazir Muradovdan ora dəvət aldım. Bu komandayla birinci divizionun qalibi olduq. Elitaya vəsiqə qazandıq. Təəssüflər olsun ki, bəzi səbəblərdən komanda fəaliyyətini dayandırdı. Həmin vaxt rayonumuzda futbola böyük sevgi vardı. Hər oyunumuza 8-9 min azarkeş gəlirdi. Mən də bu sevginin gücüylə, doğma rayonumuzun futbolunu təmsil etmək həvəsiylə futbolda ilk addımlarımı atdım.

- Əyalətdə yaşayanların futbolla məşğul olması daha çətindi. Çünki futbol məktəbləri daha çox Bakıda cəmləşib. Siz bu baxımdan hansı çətinliklərlə üzləşdiz?

- Bizim evimizdən İmişli stadionuna 15 kilometrə yaxın məsafə var. Məşqlər isə stadionda keçirilirdi, evimizin ətrafında məşq etmək üçün şərait yox idi. İnanın, futbol həvəsim o qədər güclü idi, mən hər şeyə sinə gərməyə hazır idim. Avtomobil, yolpulu tapmayanda stadiona qədər piyada getmişəm. Özü də bir dəfə yox, dəfələrlə. Maddi vəziyyətin çətinliyi əsas problemim idi. Amma qarşıma məqsəd qoymuşdum ki, futbolçu olacam. Ona görə də belə çətinliklərə dözürdüm. Beynimdə yalnız bir fikir var idi ki, məşqə və oyunlara daim qatılım, arzuma çatım. Allaha şükür olsun ki, bunu bacardım.

- Sizi sosial şəbəkələrdə izləyirik. Görürük ki, hazırda İmişlidə uşaqlara məşq keçirsiz. Bu məşqlər hansısa məktəb çərçivəsindədi, ya öz təşəbbüsünüzdü?
- Bəli, düzgün qeyd etdiz. Hazırda uşaqlarla məşq keçirik. Gördük ki, rayonumuzda buna ehtiyac var. “Zəfər yolu” adlı futbol məktəbi açmışıq. İnanın səmimiyyətimə, İmişlidə o qədər istedadlı uşaq var ki, onların itib-batması vicdanımızı ağrıdır. Buna görə də həmin məktəbi yaratdıq. Nəsə bir addım atmalı, təşəbbüsü üzərimə götürməliydim. Hiss edirdim ki, rayonumuzda buna ehtiyac var. İstedadlı uşaqlarımızın məhv olmaması üçün bir addım atmalıydıq. Üç dostumun dəstəyi ilə bu məsuliyyəti üzərimizə götürdük. Uşaqlar bekar qalanda başqa yollara düşürlər. Onlar bilmirlər ki, asudə vaxtlarını necə keçirsinlər. Narkomaniya kimi arzuolunmaz hallar da buna görə artıb. Futbol məşqlərinə uşaqları cəlb etməklə həm sağlam nəslin yetişməsinə nail olmaq istəyirik, həm də ölkə futboluna xidmət edib, yeni istedadlar üzə çıxarmalıyıq.

- Hazırda əyalətdə uşaqların futbola, ümumiyyətlə, idmana həvəsi hansı səviyyədədi?
- Həvəsləri var, amma ümidsizlik bu həvəsi üstələyir. Valideynlər uşaqlarının gələcəyindən narahat olurlar. Çalışırıq ki, onları həvəsləndirək, dəstək olaq, inandıraq. Valideynlər ümidsizdi. Soruşurlar ki, bu uşaq gələcəkdə harda oynayacaq? Tutaq ki, 14 yaşa kimi bizdə oynadı, sonrası necə olacaq? Bu sualın qarşısında susuruq. Bizə dəstək olan dostlarımızla gələn mövsümdən Region Liqasında çıxış etməyi hədəfləmişik. Struktur düzgün qurulmalıdı. Elə olmalıdı ki, bu uşaqlar gələcəkdə batmasın. O qədər futbolçular olub ki, sonradan itib-batıblar. Məcburiyyətdən futbolu atırlar. Burdan AFFA-ya da səslənirəm. AFFA “Mil Muğan” komandasına pul ayırır, amma maraqlanmırlar ki, orda oynayan uşaqlar sonra hara gedir? Bütün bunlara görə valideynlərdə ümidsizlik yaranır. Valideynlərlə mütamadi söhbətlər edirik. Bizim yetirmələrimiz arasında milli komandalara dəvət alanlar var. Bunu nümunə göstəririk. Neçə illərdi özüm deyib, özüm eşidirəm. Rayonumuzda azı U-17 yaş qrupuna kimi komanda olmalıdı. Mən “Mil Muğan”da işləyəndə belə idi. O vaxt bizim komandada oynayanlardan hazırda üçü “Neftçi”də, “Qarabağ”da və “Zirə”də çıxış edir. Uşaqlar 15-16 yaşından sonra ofisiant işləməyə gedirlər, futbolu atırlar.



- Rayon rəhbərliyi, yerli idman idarəsinin rəhbərliyi ilə müzakirələriniz olubmu? Uşaq futbolunu inkişaf etdirmək üçün yerli orqanlardan hansısa dəstək görürsüzmü?
- Bu yaxınlarda rayon rəhbərliyi ilə görüşümüz nəzərdə tutulub. Elə uşaq futbolu mövzusunda müzakirə aparıb, onlardan kömək istəyəcəyik. Rayon rəhbərliyinə böyük ümidim var, inanıram ki, bizə dəstək olacaqlar. Yerli Gənclər və İdman İdarəsinin vasitəçiliyi ilə rayon rəhbərliyi ilə görüşümüz olacaq.

- AFFA-nın bu işdə rolu necədi? Sizinlə maraqlanan, dəstək göstərən olubmu?
- AFFA-ya da müraciət etmişim. Yusif Vəliyevlə danışıqlarımız olub. İnşallah, gələn mövsümdən “Zəfər Yolu” adıyla Region Liqasında çıxış edəcəyik. Eyni adla uşaq komandalarımız AFFA-nın keçirdiyi çempionata da qatılacaq. Ümidlərimiz, hədəflərimiz böyükdü. İnşallah, AFFA-nın da dəstəyi ilə işimiz irəli gedəcək. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla da görüşməliyik. Biz doğru yol tutmuşuq. AFFA da bizə dəstək olsa, İmişlidə futbol olacaq və inkişaf edəcək. Buna inanıram.

- Son sualım ümumi uşaq futbolu ilə bağlıdı. Uşaq futbolunun problemləri ilə bağlı fikirləriniz necədi? Problemlər və onların həlli yollarını nədə görürsüz?
- Bu problemlər hamımıza yaxşı tanışdı. Uşaqlara dəstək olmaq, onları həvəsləndirmək lazımdı. Adicə formaların, topların uşaqlara hədiyyə olunması onlar üçün motivasiyadı. Bizim özümüzün bu işlərə gücümüz çatmır, təkbaşına hər şeyi edə bilmirik. İstəyirik ki, daha irəli gedək. Uşaq futboluna diqqət daha da artırılmalıdı, dəstək göstərilməlidi. Bu gün uşaq futboluna dəstək yoxdusa, hansısa inkişafdan danışmağa dəyməz.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-05-2022, 19:0

"Büdcəyə uyğun addım atacağıq" – “İmişli”nin baş məşqçisi

Ölkə futbolu / Manşet

5-06-2022, 13:0

“İmişli”yə ayrılacaq büdcə məlum oldu - ÖZƏL

Ölkə futbolu

3-04-2022, 13:0

“Qayıdanda isə “Cəbrayıl” rəhbərliyi bizə 160 manat verdi ki, yolda yemək yeyək” - Region Liqasında biabırçılıq ÖZƏL

Layihə / Manşet

20-03-2022, 22:0

“Xudafərin” üçün futbolçu hazırlayan məşqçi: “Qaçqın qəsəbəsində meydança düzəltdik, məşqlərə başladıq...” - LAYİHƏ

Müsahibə

30-04-2022, 18:0

“AFFA-nın belə tez qərar verməsi mənim üçün də xoş sürpriz oldu” - Razi Nurullayev

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə