• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Uzun müddət Azərbaycanda uşaq futbolu deyəndə ilk yada düşən “Neftçi” olub. Daha sonra estafeti “Qəbələ” qəbul etdi. Azərbaycanın dilbər guşələrindən birində yaradılan şərait, futbol akademiyası sayəsində “qırmızı-qaralar” bir sıra uğurlar qazandılar. Qəbələdəki “futbol fabriki”nin yetirmələri hazırda təkcə “Qəbələ”nin yox, premyer-liqanın bütün iştirakçılarının sırasında boy göstərməyi bacarırlar. Artıq bu siyahıya “Sabah” da əlavə olunub. “Sabah” yeni yaransa da, uşaq futbolu sahəsində ciddi layihələrə müəlliflik edir. Bu da “Sabah”ın öz ulduzlarının tezliklə parlayacağını deməyə əsas verir. Budəfəki müsahibi də “Sabah”ın düşərgəsindən seçmişik. Həmsöhbətimiz U-11 komandasının baş məşqçisi Nasir Nəsirlidi.

- Nasir bəy, adətən, müsahiblərimizə ilk sual onların futbola gəlişi ilə bağlı olur. Çünki bu tarixçə futbolda ilk addımlarını atan uşaqlar üçün maraqlıdı. Siz necə oldu ki, futbolla məşğul olmağa başladız? İlk məşqçiniz kim olub?

- Mən futbolla məşğul olmağa 10 yaşımdan başlamışam. Oğlan uşaqları atalarından öyrənməyə çalışırlar, istəyirlər ki, onlara bənzəsinlər. Mənim də ilk məşqçim atam Fəryaz İbayev olub. “Top oyunu”nun sirlərini əvvəlcə ondan öyrənməyə başlamışam. Bunun yaxşı və ya pis olduğunu deyə bilmərəm. Amma şəxsi qənaətim belədi ki, atalar övladlarını daha yaxşı öyrədirlər, onların yetişməsinə çox can yandırırlar. Mənim atam da belə idi. İstəyirdi ki, futbolun bütün incəliklərini bilim, onun tapşırıqlarını səhvsiz yerinə yetirim. Böyük futbola ilk addımlarımı isə “Xəzər Lənkəran”da atdım. Cənub klubunun uşaq komandalarında forma geydim, futbolçu olmağın həyacanını yaşadım.

- Futbolçuluqdan məşqçiliyə keçid necə alındı? Nə üçün uşaq məşqçisi olmağa qərar verdiz?

- Çox təəssüf ki, mənim futbolçu kimi karyeram elə də uzun sürmədi. Siz də yaxşı bilirsiz ki, qəfil zədələr futbolun amansız və ayrılmaz hissəsidi. Mənim də başıma belə hadisə gəldi. 16-17 yaşımda bu zədələr məni narahat etməyə, futbol meydanlarından uzaq salmağa başladı. Məcbur qaldım ki, artıq 17 yaşımda bu zədəyə təslim olum. Dizlərimdəki ağrılar səbəbindən futbola davam edə bilmədim. Bundan sonra sənədlərimi İdman Akademiyasına verdim və ora qəbul olundum. Orda təhsil alarkən məndə məşqçiliyə maraq yarandı və qərara gəldim ki, bu işə başlayım, azyaşlılarla çalışım. İlk iş yerim də “Vətən” futbol məktəbi oldu. Bildiyiniz kimi, orda uşaq akademiyası fəaliyyət göstərir. İşlədikcə bu işə peşəyə sevgim daha da artdı. Çalışdım ki, işin incəliklərini öyrənim, özümü inkişaf etdirim. Bu qərarımdan da peşman deyiləm.

- Hazırdakı işiniz və “Sabah” Futbol Akademiyasının fəaliyyəti haqqında danışaq...

- “Vətən” futbol məktəbi “Sabah” ilə sıx əlaqəlidi, bu klubun uşaq komandaları ilə birlikdə fəaliyyət göstərir. Mənim çalışdırdığım komanda çempionatda “Vətən” futbol məktəbinin adından çıxış edir. 2011-ci il təvəllüdlü uşaqlar U-11 liqasında mübarizə aparır. Azərbaycan çempionatının final mərhələsinə yüksəlmişik. Amma bu yaş qrupunda özümüzü nəticələrə çox da həsr etmirik. Əsas məqsəd Azərbaycanın uşaq futboluna xidmət etmək, istedadlı uşaqları üzə çıxarmaqdı. Bunun üçün də əlimizdəki imkanlardan maksimum yararlanıb, ölkə futbolunun inkişafına töhfə vermək istəyirik. Bilirik ki, bizim işimizdən təkcə “Vətən” futbol məktəbinin və “Sabah” klubunun yox, ümumilikdə Azərbaycan futbolunun gələcəyi aslıdı.

- Sizin çalışdırdığınız komanda bu yaxınlarda Batumidə keçirilən turnirin qalibi olub. O yarış haqda nə deyə bilərsiz? Turnir çərçivəsində kimlərlə qarşılaşdız?

- Batumidə hər şey yüksək səviyyədə təşkil olunmuşdu. 32 komanda qalib adı uğrunda mübarizə aparırdı. Hərəsində dörd komanda olmaqla səkkiz qrup vardı. Qrup birinciləri “Brilyant liqa”da yarışırdılar. İkincilər isə “Qızıl liqa”da yarışa davam edirdilər. Biz öz qrupumuzun qalibi olduq. Baxmayaraq ki, bizim qrupda Gürcüstanın ən yaxşı akademiyalarından birinə sahib olan “Saburtalo” yer alırdı. Bu komandanın uşaq akademiyası Tbilisi “Dinamo”su ilə müqayisə olunur. Hər iki komanda öz güclü ənənələri, uşaq akademiyası ilə öyünür. Onların yetirmələri Avropanın müxtəlif klublarında oynayır. Qrupda “Saburtalo” ilə görüşümüz “sülh”lə nəticələndi. Topların daha yaxşı fərqinə görə qrup qalibi biz olduq. “Brilyant liqa”dakı çıxışımız isə xeyli uğurlu alındı. Finalda “Dinamo” ilə qarşılaşdıq. Rəqibin gücü haqda əlavə nəsə deməyə ehtiyac yoxdu. Bu görüş bizim üçün xeyli çətin keçdi. Bununla belə, 1:0 hesablı qələbəyə sevindik və bu qələbə sayəsində çempion adını qazandıq. Daha bir maraqlı məqamı diqqətinizə çatdırım ki, turnir ərzində qapımızı toxunulmaz saxladıq. Düşünürəm ki, bu qələbə bizim uşaqlar üçün böyük stimul oldu.

- Sonda ümumi uşaq futboluyla bağlı danışaq. Ölkəmizdə uşaq futbolunun vəziyyətini necə qiymətləndirirsiz? Hansı problemlər var və biz onları necə həll etməliyik?

- Azərbaycanın uşaq futbolunun bir çox ümumi problemləri var. Bəlkə də bu problemlərə və onların həlli yollarına yanaşmalar fərqlidi. Hər bir mütəxəssisin, klub rəhbərinin problemlərə öz yanaşması ola bilər. Mən əminliklə deyə bilərəm ki, xeyli sayda keyfiyyətli, istedadlı uşaqlarımız var. Həmin uşaqları düzgün istiqamətləndirə bilsək, Azərbaycan futboluna çox fayda verə bilərik. Problemlər isə çoxdu. Elə bazadan başlayaq. Özünün bazası, uşaq akademiyası, komandaları olan klublarımızın sayı çox azdı. Baza isə uşaq futbolu üçün çox vacib amildi. Klub sayı nə qədər çox olarsa, rəqabət yaranar, uşaq komandaları daha çox oyun keçirər. Adicə nəqliyyat problemləri, uşaqların məşqə gedib-gəlməsi belə böyük problemdi. Halbuki uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər. Mütəxəssislərimizin təhsil almasın, xaricdə təcrübə qazanmasına da diqqət yetirməliyik. Özü də bu təcrübə təkcə məşqçinin xaricə yollanması ilə məhdudlaşmamalıdı. Həmin məşqçi öz komandasıyla beynəlxalq yarışlara qatılmalıdı. Ən çox xaricə çıxan bizik, amma bunun özü də yetərli deyil. Avropa səviyyəli turnirlərdə iştirak çox vacibdi. Biz gedirik və görürük ki, orda hər şey yüksək səviyyədədi. Çalışırıq ki, onlarla ayaqlaşaq. Hələ bu saydıqlarım problemlərin bir qismidi. Uşaqlar da məşqçilərlə birlikdə inkişaf etməlidilər. Keyfiyyətli iş istəyiriksə, Avropadakı şəraiti burda qurmalıyıq. Bütün bu problemlər xeyli ciddidi və işimizə təsir göstərir. Ümid edirəm ki, tezliklə uşaq futboluna baxış dəyişəcək və bu dəyişiklik də inkişafa səbəb olacaq.

İLKİN SULTANLI

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər
Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Bu gün, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Bu gün, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Bu gün, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə