• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sevinmək növbəsi bizdədi - KÖŞƏ

Yazarlar

15-06-2022, 21:0

İdmanın idman yeri var, siyasətin siyasət, müharibənin də müharibə.

Amma bir həqiqət də var ki, biz onu gözardı edə bilmərik. Həmin həqiqət də ondan ibarətdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün böyük qəhrəmanlıq səlnaməsinə çevrilməklə yanaşı, bükülən qəddimizi dikəltdi. İllərdi torpaqlarımızın işğal altında inləməsi qamətimizi bükmüş, başımızı aşağı etmişdi. Mənfur qonşularımız özlərini tarixi torpaqlarımızın ağası kimi aparır, özlərini qalib, bizi isə məğlub xalq gözündə təqdim etməyə çalışırdılar. Amma qəhrəman Azərbaycan əsgəri bu mifi darmadağın etdi. Bununla da qüssə dolu gözlərimiz gülməyə başladı. Artıq həyata baxışımız dəyişdi, məğrurluğumuz artdı. Sözsüz, bu möhtəşəm qələbəmiz tələbkarlığımızı da, özünəinamımızı da artırdı. Savaş meydanında qazandığımız bu möhtəşəm qələbənin davamını artıq başqa sahələrdə də gətirməyə çalışırıq. Dünyaya sübut etmək istəyirik ki, Azərbaycan xalqı qəhrəmanlar, igidlər diyarıdı. Biz istəyəndə istənilən döyüşdən, mübarizədən qalib çıxmağı bacarırıq.

Qalib xalqın bu tələbkarlığı da təbii qarşılanmalıdı. Hər kəs üzərinə düşəni etməlidi ki, bu ruh yüksəkliyi davam etsin. Belə olması vacibdi. Dünyanın bu qarışıq vaxtında bir millət olaraq mövcudluğumuzu, torpaq bütünlüyümüzü, müstəqilliyimizi qoruya bilmərik. Təkcə hərb meydanında yox, elm sahəsində də, idmanda da gücümüzü, səviyyəmizi nümayiş etdirməli, başqalarını özümüzlə hesablaşdırmalıyıq. İdman sahəsindəki islahatlar yavaş-yavaş təsirini göstərir. Birvaxtlar durğunluq yaranan, “milliləşdirilənlərin” ümidinə buraxılan idman növlərində yeni nəfəs hiss edilir, canlanma yaşanır. Mini-futbol üzrə Avropa çempionu olan yığmamız təkcə idman həyatımızı canlandırmadı, ümumilikdə ölkənin ictimai-siyası gündəmini dəyişdi. Bir anda ölkə olaraq mini-futbol yığmamızın oyunlarına kilidləndik, hər kəs cəsur futbolçularımızın çıxışını izləməyə, onların nəticələri ilə maraqlanmağa başladı. Xoşbəxt sonluqla bitən bir yarış, gərgin mübarizə izlədik. Meydanda ürək qoyan igidlərimiz 10 milyonluq Azərbaycan xalqına böyük sevinc yaşatdılar, tariximizə iz saldılar.

Elşad Quliyevin çalışdırdığı komanda fantastik nəticəyə imza atdı, inanılmazı bacardı. Davud Kərimi və komanda yoldaşları qitənin ən güclüsü adını qazanmaqla azərbaycanlıların da idman meydanında bir yumruq kimi birləşməyi, vahid mexanizm olmağı bacardığını isbatladı. Bu zəfər çoxlarına tutarlı dərs oldu. Birvaxtlar “azərbaycanlılar ancaq güləş və şahmatda uğur qazana bilər” deyən Berti Foqtsdan üzübəri çoxları öz payını götürməli, susub kənara çəkilməlidi. Azərbaycanlılar güləşdə də uğur qazana bilər, şahmatda da, futbolda da. Yetər ki, düzgün idarəçilik olsun. Layiq olanlara, istedadlılara yol açılsın, dəstək verilsin, etimad göstərilsin. Biz onsuz da bunu illərdi deyirik, yazırıq. Ortaya Anatoli Banişevski, Nazim Süleymanov, Vəli Qasımov, Tərlan Əhmədov, Arif Əsədov kimi nümunələri qoyuruq. Azərbaycanlılar kollektiv idman növündə uğur qazanmağı bacarmırsa, adını çəkdiyim bu futbolçular hansı millətin nümayəndəsidi? Deməli, məlum iddianın heç bir məntiqi əsası yoxdu. Heç ola da bilməz.

Yığmanın Avropa çempionu olmasından sonra ortaya bir qrup insan da çıxdı. Həmin qrupa daxil olanlar hər vəchlə isbatlamağa çalışırlar ki, Slovakiyanın Koşitse şəhərində keçirilən yarışın səviyyəsi aşağı olub. Guya ki, Azərbaycan yığmasının uğur qazanmasını şərtləndirən amil də bu olub, bizimkilər rəqiblərin zəif olmasından yararlanıb. Bu iddianın da heç bir məntiqi əsası yoxdu. Çempionatın səviyyəsi, rəqiblər zəif idisə, nə üçün məhz Azərbaycan yığması birinci oldu? Qoy elə meydan sahibləri “doğma divarlar” arasında qalib adını qazanardı. Yaxud da bu turnirin mütləq rekordçusu Rumıniya titulunu qoruyardı. Hələ mən iddialı Qazaxıstanı demirəm. Yaxşı bilirik ki, qazaxlar özlərini Avropada göstərmək üçün bütün imkanlarını səfərbər edib, bu yolda böyük pullar xərcləməkdən də çəkinmir. Deməli, Avropa çempionu adını qazanmaq həmin qrup insanların dediyi kimi belə asan olsaydı, çempionluğu biz yox, başqaları bayram edərdi. Azərbaycan yığması bütün rəqiblərdən güclü olub ki, sonda da kuboku başı üzərinə qaldırıb, qitənin ən güclüsü adını qazanıb. Qanı qanımızdan, canı canımızdan olan cəsur futbolçuların çəkdiyi zəhmətə kölgə salmaq, onların ölkəmiz adına qazandığı uğurun miqyasını kiçiltmək heç kimə başucalığı gətirməz. Azərbaycanı təmsil edən komanda böyük zəfər qazanıb, hamımızı coşdurub. Bu zəhmətin mükafatını da azarkeşlər gecəyarısı yuxularına haram qatıb, hava limanına getməklə, çempionlara möhtəşəm qarşılanma mərasimi təşkil etməklə verdi. Ümid edək ki, davamını digər komandalarımız, o cümlədən də futbol yığmamız gətirəcək. Belə uğurların həsrətini çox çəkmişik. İndi sevinmək növbəsi bizdədi.

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Bu gün, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Bu gün, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Bu gün, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Bu gün, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 341
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 179
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə