• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xavi arzuladığı futbolçulara qovuşa biləcəkmi? - YAZI

Yazarlar

13-06-2022, 17:0

Xavinin 2022-nin yayı ilə bağlı böyük planları var.

“Barselona”nın baş məşqçisi komandanın 8 yeni oyunçu ilə güclənməsini istəyir. İdeya gözəl görünür, ancaq maliyyə məhdudiyyətləri üzündən reallaşması çətindi. Kataloniyalılar klubdaxili iqtisadi durumu nisbətən yaxşılaşdırsalar da, hələ də problem çoxdu.

Xavi kimləri heyətdə görmək istəyir?
“Catalunya Ràdio”nun yaydığı xəbərə görə, baş məşqçinin siyahısında olanlar “Milan”ın yarımmüdafiəçisi Frans Kessie, “Çelsi”nin müdafiəçiləri Andreas Kristensen, Sesar Aspilikueta və Markos Alonso, “Bavariya”nın ulduzu Robert Levandovski, “Lids”in vingeri Rafinya, “Sevilya”nın müdafiəçisi Jül Junde və “Mançester Siti”nin qəhrəmanı Bernardo Silvadı. Ümumiyyətlə, kataloniyalı mütəxəssis yeni mövsüm üçün ideal heyəti belə görür: Ter Ştegen, Alonso, Kristensen, Kunde, Aspilikueta, B.Silva, Kessie, Pedri, Torres, Levandovski, Rafinya.

Bu futbolçuların “Barsa”da görünmək şansı varmı?

Düzdü, bu futbolçulardan bəziləri “Barsa”ya keçməyə yaxındı.

• Şayiələrə inansaq, “Barsa” artıq Frank Kessie və Andreas Kristensen ilə razılığıa gəlib – onlar azad agent kimi keçməyə hazırdılar. Düzdü, onların qeydiyyat çətinliyi var: “Diario Sport” yazır ki, “Barsa” nəzarətedici orqanlardan yeni futbolçuların keçidinə xeyir-dua almaq üçün gəlirlərinin artdığını göstərməlidi. Yeri gəlmişkən, kataloniyalılar qışda da oxşar problemlə üzləşmişdi. Onda “Barsa” “Mançester Siti”dən alınan Fernan Torresi uzun müddət qeydiyyatdan keçirə bilmədi. Ancaq həm onu, həm də qalan üç debütantı sifariş ərizəsinə sala bildilər – maaş cədvəlini yüngülləşdirmək sayəsində. Koutinyo getdi, Aquero futboldan getməyə məcbur oldu, Obameyanqla Dani Alves az maaşa razılaşdı. Bundan başqa, klub sərfəli şərtlərə nail oldu: Ferranın pulu 4 il ərzində ödəniləcək, ilk tranş bu yaya nəzərdə tutulub.

Amma Xavinin arzuladığı başqa oyunçularla bağlı vəziyyət mürəkkəbdi.
• Sesar Aspilikueta və Markos Alonsonun “Çelsi” ilə hələ birillik müqaviləsi var. Etibarlı insayder Fabritsio Romano yazır ki, hər iksi İspaniyaya qayıtmaq istəyir, amma bunun üçün London klubu ilə danışıq aparmaq lazımdı. Danışıqların alınıb-alınmayacağı bilinmir.
• Robert Levandovskinin müqaviləsi də hələ bir il qüvvədədi. Hərçənd o, açıq şəkildə “Bavariya”dan buraxılmasını tələb edir. Münhenlilər əsas ulduzunu əldən vermək niyyətindən uzaqdı. “Diario Sport” iddia edir ki, “Barsa” hətta 30 milyon avro + bonuslar təklif etməyə imkan tapsa belə, Almaiya klubu polşalı ilə elə-belə vidalaşmaq fikrində deyil. “Bavariya” Mane ilə Kalayciçi heyətinə qata bilsə, polşalı ilə vidalaşması mümkündü.
• Kunde “Çelsi”nin də maraq dairəsindədi, ancaq “Barsa” bu mübarizədə uduzmaq istəmir. Düzdü, “Sevilya” ona görə 70 milyon avro istəyir – cəmi 23 yaşı var, yaxşı formadadı, üstəlik müqavilə müddətinin 2024-ə qədər olması əndəlüslərin qiyməti qaldırmasına imkan verir. İndiki məqamda belə baha transfer kataloniyalılar üçün münasib deyil.
• İnsayder Jerar Morenonun yazdığına görə, Bernardo Silva “Barsa” forması geymək istəyərdi, ancaq hər şey iqtisadi durumdan asılı olacaq. Bu keçid də real görünmür.
• Dəfələrlə vurğuladığımız kimi, “Lids” premyer-liqada yerini qoruyandan sonra Rafinyanın qiymətinin aşağı salınması mümkünsüzdü. “Lids” minimum 55 milyon avro tələb edir, bu üzdən braziliyalının da Kataloniya paytaxtına gələcəyi inandırıcı deyil.
Nəticə: Xavi siyahısında olan 8 nəfərdən maksimum üçünə bel bağlaya bilər – Levandovskiyə (polşalının keçidi hədsiz arzulamasına və “Bavariya”dan getmək istəyinə görə), Kessieyə və Kristensenə (bunların da azad agent statusu üzündən).

“Barsa” yenilərə necə imza atdıracaq?

Klubun vitse-prezidenti Eduardo Romeo iqtisadi durumun sağlamlaşdırılmasının əsas istiqamətlərini belə göstərib: maaşları kəsmək və daha bir sərfəli tərəfdaşlıq müqaviləsi imzalamaq yolu ilə:

“Bu mövsümdə əməkhaqqı fondu 560 milyon avrodu ki, bu da “Bavariya”dakından 260 milyon, “Real”dakından 160 milyon avro artıqdı. Hər futbolçu ilə maaşların azaldılmasıyla bağlı fərdi söhbət aparacağıq. Bundan başqa, “Barça Licensing & Merchandising” (klubun törəmə şirkətidi – red.) ilə bağlı 270 milyon avroluq təklif almışıq, ancaq daha artıq pul istəyirik. Klub gəlirlərin artırılması və xərclərin azaldılması üzərində çalışır, dözməliyik. Tam bərpa olunmaq üçün 2-5 il lazımdı”.


Bundan başqa, “Barselona”nın La Liqa ilə CVC investisiya fondu arasındakı müqavilə üzrə 540 milyon avro və “Goldman Sachs” bankı ilə anlaşma əsasında da bir o qədər almaq imkanı var.

Klubda əməkhaqqına tavan qoyulacaq

Maaşların azaldılması çox ağrılı prosesdi, həqiqətən də çoxlarına toxunacaq. Klub rəhbərliyi maaşlardan toplam 160 milyon avro kəsmək fikrindədi, əsasın də ən “yağlı” müqavilələrdən. Deyilənə görə, prezident Xuan Laporta artıq maaşlara son hədd qoyub və ya bu fikirdədi, yəni “Barsa”nın oyunçuları ildə 10 milyon avrodan artıq ala bilməz.

Oyunçulara maaşda azalma təklif olunacaq, lazım gəlsə, hətta yarıbayarı. Belədə Xerard Pike, Samuel Yumtiti, Serxi Buskets, Frenki de Yonq nə edəcək? Hələ ki bilinmir. “As” yazır ki, yenilər və Laportanın dövründə müqaviləni yeniləyənlər tavana uyğun gəlir. Ancaq əvvəlki rəhbərlik dövründə imzalayanlarla bağlı problem qalır.

“Barsa” indi heyəti strukturlaşdırmaq, futbolçuları üç kateqoriyaya ayırmaq istəyir: maaşı 6-8 milyon avro olan liderlər, 4-5 milyon alan orta təbəqə, 2-3 milyon alan gənclər. Məsələn, Levandovski yeni ideologiyaya uyğun gəlmək üçün ilə 9 milyon avro maaş nəzərdə tutan 3 illik müqavilə imzalamağa hazırdı. Belədə polşalı “Barsa”nın ən yüksək ödənişli futbolçusu olacaq, ancaq “Bavariya”da aldığı illik 24 milyon avro ilə müqayisədə faktiki üçqat azalmaya razılaşır.

İlk həyəcan siqnalları da gəlməkdədi. 17 yaşlı Qavi aşağı kateqoriyaya aid edilib, ancaq o və ətrafı belə hesab edir ki, daha artığına layiqdilər. Futbolçunun agentləri potensial debütanlar Kessi və Kristensenlə danışıqda hansı məbləğin səsləndiyini bildiklərindən klubun öz yetirməsi olan istedadın da maaşının artırılmasını istəyirlər.

Satış da yollardan biridi. Məsələn, “Mançester Yunayted” Frenki de Yonqla maraqlanır. Onu 80 milyon avroya satmaq aktual problemlərin həllinə yardım edə bilər və bu variant klub bossların yaxşıca şirnikləndirir. Düzdü, niderlandlı ÇL-də oynamaq istəyir, MY-nin turnirdən kənarda qalması bu yolda əngəl ola bilər.

Ardıcıl 2-ci il “Barselona”da mövsümlərarası iş böyük seriala çevrilir. Bir il əvvəl Messi ilə bağlı epopeya izlədik. Görəsən, bu yay bizi hansı sürprizlər gözləyir?

ELZAMİN hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-06-2022, 13:0

Xavi "Barselona"da bu futbolçuları görmək istəyir

Dünya futbolu

31-05-2022, 15:0

Levandovski "Barsa"ya keçməyə çox yaxındı

Dünya futbolu

21-03-2022, 23:0

Aspilikueta yeni mövsümə harda başlayacaq?

Dünya futbolu

11-05-2022, 18:0

Levandovski "Bavariya"dan ayrılmaq istəyir

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə