Son mövsümün qəhrəmanlarından biri olan və Çempionlar Liqasının finalında vurduğu qolla ''Real''a qələbə qazandıran Vinisius arzuolunmaz duruma düşüb.
"Football-plus.az" xəbər verir ki, dünən xakerlər braziliyalı ulduzun ''instaqram'' səhifəsini ələ keçirərək onun mesajlarını ifşa ediblər. Mesajların arasında ən diqqət çəkəni Vinisiusun Esper Ekspozitoya göndərdiyi sözlər olub. Madridlilərin vingeri 22 yaşlı tanınmış ispaniyalı aktrisa və model olan Ekspotizoya ''ünlüyəm, əzələliyəm və Braziliya yığmasında oynayıram. Mənim sinəm də, bədənim də yaxşı formadadı. Tanış olmaq istəmirsən?'' sözlərini yazdığı məlum olub. Vinisius qısa müddət sonra səhifəsini özünə qaytarmağı bacarıb və maraqlıdı ki, dərhal Ekspozitoya yazdığı sözləri silib.