Çempionlar liqasında ən yaxşı gənc oyunçu bilindi

31.05.2022 17:30 491
Çempionlar Liqası
"Real"ın hücumçusu Vinisius Junior Çempionlar Liqasında 2021/2022 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, 21 yaşlı oyunçu Çempionlar Liqasında 13 oyuna çıxıb, 4 qol vurub və 6 qolun ötürməsini verib. Braziliyalı hücumçu turnirin finalında "Liverpul"la matçda (1:0) yeganə qolun müəllifi olub.