Braziliya yığması Neymar ilə Vinisiussuz qaldı

27.03.2022 19:57 705
Dünya futbolu
Braziliya yığması növbəti oyun ərəfəsində iki itki ilə üzləşib.

Komandanın hücumameyilli oyunçuları Neymar və Vinisius Junior cəzalı duruma düşüblər. Hər iki futbolçu DÇ-2022-nin seçmə mərhələsinin Çili ilə oyununda (4:0) sarı vərəqə alıb. Onlar növbəti turun Boliviya ilə səfər matçında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, seçmə turnirin reqlamentinə əsasən, iki xəbərdarlıq alan oyunçu növbəti matçda iştirak hüququnu itirir. Neymar cari tsikldə iştirak etdiyi 10 oyunda 4, Vinisius isə 7 matçda 2 sarı vərəqə alıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul