“Aston Villa”dan “Nyukasl”a keçdi

11.06.2022 13:14 437
Dünya futbolu
İngiltərə klubları arasında aparılan danışıqlar sona çatıb.

"Football-plus.az" xəbər verir ki, Mett Tarqett “Aston Villa”dan daimi əsasda “Nyukasl”a keçib. Yeni klubu ona görə 15 milyon funt sterlinq xərcə düşüb. İngilis müdafiəçi “ağ-qaralar”la 4 illik müqavilə bağlayıb.

26 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Nyukasl”da keçirmiş, premyer-liqada “sağsağanlar”a 16 oyunda kömək etmişdi.