• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Araz Naxçıvan" Naxçıvanın, gələcək üçün isə Azərbaycanın ən yaxşı kooperativ üsluba malik komandalarından biri olacaq" - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

14-05-2022, 09:0

"Araz Naxçıvan" növbəti mövsüm 1-ci divizonda mübarizə aparacaq.

Hazırda isə komanda Region Liqasının yarımfinalında qarşılaşacağı "Xan Lənkəran"la oyuna hazırlaşır. Bu və başqa məsələlərlə bağlı Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayevlə söhbətləşməyi məqsədəuyğun saydıq.

- “Araz Naxçıvan” 1-ci diviziona vəsiqə qazandı. Təəssüratınız necədi?
- Diqqətinizə görə təşəkkür edirəm. Biz neçə il idi 1-ci divizionda iştirak etməyi gözləyirdik. Nəhayət, yeni rəhbərliyin də gəlişi ilə bu baş tutdu. 3-4 ildi AFFA ilə sıx əlaqədəyik. Yeni rəhbərimizlə bu əlaqə daha da sürətləndi. Həm AFFA, həm də PFL-in rəhbərliyi ilə görüşlərimiz oldu. Bildiyiniz kimi, təlim-məşq toplanışı üçün Türkiyədə idik. Region Liqasının yarımfinalına hazırlaşırdıq. Orda eşitdik bu xəbəri. Hamımız çox sevindik. Çünki gördüyümüz, görəcəyimiz işlər və hədəflərimiz var. Bunlara çatmaq üçün öncə Region Liqasında, daha sonra 1-ci divizionda oynamaq lazımdı. Həmin müddətdə də bir çox yeni layihələri həyata keçirəcəyik.

- AFFA İcraiyyə Komitəsinin iclasında “federasiyanın yardımı olmadan klubu maliyyələşdirə bilərik” deyilib. Bu haqda nə deyə bilərsiz?
- AFFA İcraiyyə Komitəsinin iclasında olan söhbətlərdən orda olmadığımız üçün xəbərimiz yoxdu. Amma ondan öncə biz rəhbərlik olaraq AFFA ilə görüşmüşdük. Naxçıvanda hazırda çox işlər görülür. Öncə "Araz Naxçıvan"ın infrastrukturunu düzəltməliyik. Bunun üçün bir çox planlar var. Onlara başlamışıq. Komandanın ev oyunlarını keçirəcəyi Naxçıvan şəhər stadionunda əsaslı təmir işləri aparılır, həmçinin ot örtüyü dəyişdirilir. Bizim üçün əsas amillərdən biri də uşaq futbolunun inkişafıdı. Bununla bağlı məktəb və akademiyanın açılması yönündə işlər görülür. Bunları etmək üçün də maliyyə qaynağı olmalıdı. Təbii ki, federasiya, həmçinin də klub rəhbərliyi bir sıra görüşlər keçirir. Komandanın maddi-texniki bazasının yüksəldilməsi üçün bir çox işlər görülür. Ona görə də bu gün maliyyə qaynağı haqda danışmaq tez olar. Çünki görüləcək çox işlər var. Ondan sonra maliyyə qaynağının formalaşması ilə bağlı söhbət edə bilərik.

- Bu heyətlə yola davam edəcəksiz? Yerli və ya legioner futbolçular komandaya cəlb olunacaq?
- Uzun müddətdi Naxçıvanda futbolun olmaması əsas komanda və aşağı yaş qrupları arasında böyük boşluq yaradıb. Bunu aradan qaldırmağa çalışacağıq. Bu müddət ərzində bizə yerli və legioner futbolçular lazım olacaq. Ölkə çempionatında oynayan bir neçə naxçıvanlı futbolçu var ki, onların geri dönməsi üçün dəvət göndərəcəyik. Bu şəkildə işləri aparacağıq. Futbolun dili, dini yoxdu. İldən-ilə hədəflərimiz böyüyür. Klubu gücləndirmək məqsədilə addımlar atacaq, legionerlər transfer edəcəyik.

- Komandanın 1-ci divizona vəsiqə qazanması Naxçıvanda futbolun inkişafı üçün stimul olacaq? Hansı işlər gözlənilir bundan sonra?
- Təbii ki, olacaq. Bu bizim vitrin komandamızdı. Bu klub artıq Azərbaycandan kənarda tanınacaq. Bunun üçün işlər aparılır. "Araz Naxçıvan"ın 1-ci divizionda çıxış etməsi uşaq futbolu üçün də əlavə stimul olacaq. Naxçıvan klubunun kooperativ üsulunu hazırladıqda bunları göz önünə gətirmişdik. "Araz Naxçıvan" Naxçıvanın, gələcək üçün isə Azərbaycanın ən yaxşı kooperativ üsluba malik komandalarından biri olacaq. Hədəfimiz budu. Hazırda federasiyanın, eləcə də klubun İdarə Heyətinin formalaşması üçün işlər aparılır. Demək olar ki, İdarə Heyəti formalaşıb. Burda yer alan hər bir üzv söz sahibidi. Yəni klubun gələcəyi üçün hansısa qərarlar qəbul olunursa, iclaslarda müzakirəyə çıxarılır. Son söz isə klub və federasiya rəhbərinindi. Bu şəkildə işlərimiz davam edir.

- Naxçıvanda iş adamları futbola dəstək olur?
- Naxçıvanda uzun müddətdi premyer-liqada oynayacaq komanda yox idi. Amma bu gündən etibarən Naxçıvanda ən yaxşı 10 holdinqdən biri olan "Cahan" bizim sponsordu. Holdinqin prezidenti həmçinin klubun və federasiyanın rəhbəridi. O da öz ətrafına iş adamlarını toplayır. Naxçıvanda futbolun inkişafı üçün bir sıra addımlar atılır. Sizin qəzet vasitəsilə bunu demək istəyirəm ki, hazırda Naxçıvanda bu işlər köklü şəkildə aparılır. 7 rayonun öz komandası var. Hər komandanın da uşaq klubu olacaq. Onlar Naxçıvanda fəaliyyət göstərən iş adamlarına tapşırılıb. Yəni hər klubun öz sponsoru, maliyyə qaynağı olacaq. Futbolun inkişafı üçün hər birimiz əl-ələ verib işləyirik. Yəni birlikdə Naxçıvanın rayonlarında futbolun inkişafı üçün layihələr və tədbirlər həyata keçiririk. İş adamları da ən böyük dəstəkçimizdi. Onlara bir daha təşəkkür edirəm.

- Yarımfinalda rəqibiniz "Xan Lənkəran"dı. Bu oyundan gözləntiniz nədi? Diviziona vəsiqə qazanmağınız meydana arxayın çıxmağınıza səbəb ola bilər?
- Birinci divizona vəsiqə qazana bilərik, amma qətiyyən arxayınlaşma yoxdu. Uğur qazanmaq üçün plan qurulur. Uğursuzluq üçün heç bir plan lazım deyil. Biz də "Araz Naxçıvan"ın imicini düşünür, iştirak etdiyimiz hər turnirdə çempion olmağa çalışırıq. Təbii ki, bu plan düzgün qurulubsa, bizi irəli aparacaq. Gözləntimiz böyükdü. Komandanı nəticə qazanması üçün əlimizdən gələn qədər dəstəkləyirik.

- "Xan Lənkəran" diviziona buraxılmadı. Sizin bu barədə fikriniz nədi?
- "Xan Lənkəran"ın hansı maddi bazaya malik olduğunu media vasitəsilə bilirik. Amma bu işin bir də qayda-qanun tərəfi var. Yəqin belə məsləhət bilinib. Lənkəranda da bir neçə ildi premyer-liqada oynayan komanda yox idi. Sadəcə, bir neçə aşağı yaş qrupu olub. Bu işin kökündə maliyyə dəstəyi və təşkilatçılıq durur. Nə qədər güclü maliyyə dəstəyi olsa da, yaxşı klub modelin yoxdusa, bunun heç bir əhəmiyyəti qalmır. Bu işlər paralel aparılmalıdı. Ümid edirəm ki, qarşıdakı illərdə "Xan Lənkəran"ı da 1-ci divizonda və ya premyer-liqada görərik. Amma bunun üçün səbr lazımdı. Klubu daha peşəkar səviyyəyə çatdırmaq üçün formalaşdırmaq lazımdı. Demirəm ki, biz tam peşəkar gəldik. 4 ildi klubu peşəkar səviyyəyə çatdırmaq üçün bir çox addımlar atırıq. Ümid edirəm ki, başqa regionlarda da komandalar formalaşar. Gələcəyə ümidim böyükdü. Bir çox klub modeli var dünyada. Azarkeşlər, şirkətlər, dərnəklər vasitəsilə və s. Bir neçə iş adamı birləşərək klub yaradır. Ona görə də arzu edərdim ki, digər rayonlarda da azarkeşlər, iş adamları və ya digər şirkətlər bu klublara dəstək olsun.

GÜNAY VƏLİYEVA

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

18-05-2022, 16:0

“Xan Lənkəran” finalda

Ölkə futbolu

22-05-2022, 15:0

“Arpaçay” da “Araz Naxçıvan”ın ədalətsizliyə yol verdiyini açıqladı - AÇIQLAMA

Ölkə futbolu

12-05-2022, 20:0

Azər Bağırov “Xan Lənkəran”a mesaj göndərdi

Aktual / Ölkə futbolu / Manşet

4-05-2022, 20:0

"Xan Lənkəran" - "Araz Naxçıvan" oyunu bu stadionda keçiriləcək - ÖZƏL

Ölkə futbolu

1-05-2022, 11:0

“Araz Naxçıvan” Türkiyə klubunu üstələdi - ÖZƏL AÇIQLAMA

Aktual
Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
“Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
"Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
"Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
"Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Son xəbərlər
  • Bu gün, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Bu gün, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Bu gün, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Bu gün, 14:58
    Birmingemdən Londona yollandı
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
Daha çox
Oxunub: 278
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə