“Mançester Siti”nin ukraynalı futbolçusu Aleksandr Ziçenko yerli mətbuata açıqlama verib.
“Mənim Rusiyada dostlarım, kiçik bir çevrəm var. Amma indi bu, demək olar ki, sıfıra enib. Mən çox məyus oldum. Müharibə yeni başlayanda dostlarım mənə zəng vurur, mesaj yazırdılar. Onlar deyirdilər: “Çox üzr istəyirik, amma əlimizdən heç nə gəlmir”. Amma susursanda, bu o deməkdi ki, Ukraynaya edilən hərbi müdaxiləni dəstəkləyirsən. Niyə belə edirlər, bunu başa düşə bilmirəm. Yəqin ki, sosial şəbəkələrdə rusların etirazlara görə həbsxanaya aparıldığı fotoları gördükləri üçün qorxurlar. Amma futbolçulara və ya böyük auditoriyaya malik insanlara baxın. Sizcə, onlardan biri İnstaqramda “Uşaqlar, biz müharibənin əleyhinəyik, onu dayandırmalıyıq” sözlərini yazsa, həbs olunarlar? Təbii ki, yox. Sadəcə onların heç nə deməməsi ayıbdı”.