İAM rusların şikayətini geri çevirdi

17.03.2022 14:30 679
Dünya futbolu
Rusiyanın Ukraynaya hərbi təcavüzünün bu ölkənin futboluna ciddi zərbələr vurduğu məlumdu.

Xatırladaq ki, FİFA və UEFA fevralın 28-də Rusiya komandalarının bütün turnirlərdən qeyri-müəyyən müddətə kənarlaşdırıldığını bəyan etmişdi.

Rusiya Futbol İttifaqı (RFİ) bu təşkilatların qərarına etiraz əlaməti olaraq martın 7-də İdman Arbitraj Məhkəməsinə (İAM) müraciət etmişdi. İddia ərizəsində məsələyə qısa zamanda baxılmasını və sanksiyaların müvəqqəti də olsa dayandırılmasını istəyən RFİ rəhbərliyi UEFA və FİFA-nın qərarının heç bir hüquqi əsasının olmadığını vurğulamışdı. Lakin İAM rusların tələbini geri çevirib. Bu isə sanksiyalarnın qüvvədə qaldığı deməkdi. Amma İsveçrənin Lozanna şəhərində yerləşən məhkəmə RFİ-nin şikayətinə baxılması prosesini davam etdirir.