"Krasnodar"un futbolçusu Qreqor Krixovyak Yunanıstana üz tutub.
Bu barədə yerli mətbuat xəbər yayıb. Futbolçu AEK-ə keçib. Oyunçu mövsümün sonunadək icarə əsasında Afina təmsilçisində forma geyinəcək.
Qeyd edək ki, FIFA-nın qərarına əsasən Rusiya klublarında çıxış edən futbolçular üçün transfer pəncərəsi açılıb.