Rusiyanı tərk edib doğma klubuna qayıtdı

18.04.2022 15:34 524
Dünya futbolu
Ukrayna ilə müharibəyə görə Rusiyanı tərk edən Remi Kabella özünə yeni iş yeri tapıb.

Fransalı futbolçu doğma klubuna qayıdıb. “Krasnodar”la vidalaşan 32 yaşlı yarımmüdafiəçi “Monpelye” ilə anlaşıb.

Onun yetirməsi olduğu klubla bağladığı müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.