Rusiyanın Ukraynaya olan hərbi təcavüzü davam edir.
Müharibə şəraiti bir çox futbolçuları Rusiyanı tərk etməyə vadar edib. Bu dəfə "Ural"da çıxış edən gürcü futbolçular Luka Qaqnidze və Luka Sulukidze komandanı tərk ediblər. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Hər iki oyunçu FİFA-nın qərarına əsasən bu addımı atıblar.