KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"

27.07.2026 15:05 77
Aktual / Avrokuboklar
KuPS-un yarımmüdafiəçisi Sayku Turay iyulun 28-də "Sabah"a qarşı keçirəcəkləri oyun haqda danışıb.

"Football-plus.az" "bayquşlar"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan klubun rəsmi saytına istinadla bildirir ki, qambiyalı matça hazır olduğunu deyib:

"Düzdü, biz ilk oyunda "Sabah" qədər sürətli deyildik. Ancaq ritmi tutmağa çalışırıq. Çoxlu qaçıram, güclənmək istəyirəm. Meydanda nə etməliyəmsə, onu edirəm. Bu dəfə daha hazırlıqlıyıq. Evdə qələbə qazanmağa çalışacağıq ki, növbəti mərhələyə adlayaq. Şansımız var. Bu dəfə çətinlik çəkməməliyik. Artıq nə edəcəyimizi bilirik".

Xatırladaq ki, "Sabah" ilk oyunda 1:0 hesablı qələbə qazanıb. Cavab oyunu iyulun 28-də, Bakı vaxtı ilə saat 19.00-da Kuopio şəhərində keçiriləcək.

KƏNAN BAHADIR