“Milan” Luka Yoviçlə yeni müqavilə imzalayacaq.
“Football-plus.az” xəbər verir ki, 26 yaşlı hücumçu yeni müqaviləyə əsasan 2025-ci ilə qədər klubun formasını geyinəcək.
Bu haqqda jurnalist Fabrizio Romano məlumat yayıb.
Xatırladaq ki, Yoviç ötən ilin sentyabrından "Milan"da çıxış edir. O, komandanın heyətində 30 oyun keçirib, 9 qol vurub və 1 qol ötürməsi verib.