“Football-plus.az” olaraq, bu suallara cavab tapmaq üçün klubun mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq:
“Bilirsiz ki, komanda Naxçıvandakı stadion PFL-in tələblərinə cavab vermədiyinə görə oyunlarını icarə əsasında Bakıdakı stadionlarda keçirirdi. Əlbəttə, rəqibləri təmsil etdiyimiz Naxçıvanda qəbul etmək yaxşı olardı. Bu gün ordakı stadion hazır deyil və paytaxtdakı arenalar da müxtəlif səbəblərdən məşğuldu. Standartlara cavab verən digər arenalara müraciət etmişik və danışıqlar davam edir. Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi. Nə vaxt müqavilə bağlanacaq, məsələ dəqiqləşəcək, onda klub rəsmi açıqlama verəcək”.
İSRAYIL XEYRULLAYEV






