Luka Modriç istəyinə çatıb. Yarımmüdafiəçi tezliklə “Real”la yeni müqavilə imzalayacaq.
"Football-plus.az" xəbər verir ki, jurnalist Fabritsio Romanonun “tvitter” səhifəsinin yaydığı xəbərə görə, 37 yaşlı futbolçu yaxın vaxtlarda klubla iyunda qüvvədən düşəcək müqaviləni bir il müddətinə yeniləyəcək. Bununla bağlı bütün sənədlərin hazır olduğu bildirilib. Xorvatiyalı yarımmüdafiəçi “Real”da 11 ildi çıxış edir. Modriç bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib.