Modriçin aqibəti necə olacaq?

15.11.2025 10:00 12
Dünya futbolu
[b[Luka Modriçin növbəti mövsümə harda başlayacağı hələ ki məlum deyil.[/b]

"Football-plus.az" xəbər verir ki, “Milan” rəhbərliyi onu yeni mövsümdə də komandada saxlamaq istəyir. “La Gazzetta dello Sport”un xəbərinə görə, İtaliya klubu 40 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2027-ci ilin yayına qədər uzatmağı nəzərdən keçirir.

Modriç ötən yay azad agent kimi “Milan”a qoşulub və müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayıb. “Real”an ayrılan xorvat futbolçu bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Onun müqaviləsinin müddəti mövsümün sonuna qədərdi.