“Milan”ı birdəfəlik tərk edəcək

17.01.2024 11:55 168
Dünya futbolu
Junior Messias “Milan”ı birdəfəlik tərk edəcək.

Bunu tanınmış insayder Fabritsio Romano xəbər verib. O, braziliyalı futbolçunun hazırda icarə əsasənda çıxış etdiyi “Cenoa”da qalacağını bildirib. Genuya klubu Messiası 3 milyon avroya birdəfəlik alacaq.

32 yaşlı hücumçu bu mövsüm meydana çıxdığı 9 oyunda 1 qol vurub.