• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb

Aktual / Avrokuboklar

Bu gün, 10:52

Nəhayət, srağagün “Neftçi” azarkeşlərinin də avrokubok həsrəti başa çatdı. “Ağ-qaralar” ikiillik fasilədən sonra Konfrans Liqasının 2-ci təsnifat mərhələsində meydana çıxdı. Təbii ki, paytaxt təmsilçisinin baş icraçı direktoru Cenk Sümerlə baş məşqçisi Yuri Vernidubun avrokuboklarda liqa mərhələsinə qədər irəliləmək, premyer-liqada çempion olmaq istəklərini dilə gətirmələri kollektivdən gözləntiləri artırmışdı. “Neftçi”nin cütün taleyini ilk matçda həll edəcəyini düşünənlər də az deyildi. Lakin bu yöndə ümidlər qısa müddətdə yerlə yeksan oldu: oyuna erkən qollarla başlayan “ağ-qaralar” ardından 4 qol buraxdı.

Əlbəttə, “Neftçi”nin bu hesabla uduzacağını ağla gətirən, demək olar, yox idi. Bu üzdən Minsk komandasının qələbəsi ölkədə əsl şok effekti yaratdı. İş ondadı ki, hadisə təkcə bizim üçün yox, həm də qarşı tərəf üçün gözlənilməz olub.

Belə ki, Belarusun məşhur “football.by” saytı “Dinamo-Minsk”in qələbəsini “Şansın cilvəsi” sərlövhəsiylə təqdim edib. Sizi həmin yazının önəmli məqamlarıyla tanış edirik:

“Dinamo-Minsk”in sabiq baş məşqçisi Sergey Qurenko futbolun sevilmə səbəblərindən biri kimi burdakı duyğulardan bəhs etmişdi. Bakıdakı matçda məhz həmin duyğunun dadını öyrəndik. Oyun məhsuldar və ləzzətli oldu. Əlbəttə, ilk 10 dəqiqədə iki qol buraxmaq faciə ilə nəticələnə bilərdi. Ancaq rəqibin uğuru “Dinamo”nun qələbəsi üçün əlverişli şərait yaratdı. “Neftçi”nin çətin rəqib olmadığını bilirdik. Çünki bu komanda mövsümü mükafatçılar sırasında bitirməsə də, “Sabah”ın ölkə kubokunu qazanması sayəsində Konfrans Liqasında çıxış etmək hüququ qazanmışdı. Rəqibin heyətində cəmi bir yerli futbolçu var idi. Söhbət Emin Mahmudovdan gedir ki, kapitan hər iki qolun vurulmasında böyük rol oynadı. “Dinamo” isə meydana cəmi üç legionerlə çıxmışdı. Düzdü, bu məqam ölkələrin fərqli legioner limiti əsasında çempionat təşkil etmələriylə bağlıdı. Fakt budu ki, “Neftçi” belə böyük üstünlükdən yararlana bilmədi. Hər halda, “Dinamo” 0:2 hesabıyla geri düşsə də, 4 qol vurmağı bacardı. Xatırlayırsızsa, oxşar hadisə ilə “Neman” da üzləşmişdi. Ötən mövsüm Konfrans Liqasının 2-ci təsnifat mərhələsində, iyulun 24-də “Koşitse”nin qonağı olan Qrodno təmsilçisi iki qol buraxmış, sonradan üç dəfə fərqlənərək qalib gəlmişdi. Bu gün isə “Dinamo” uğura doğru irəliləyir. Görünən odu ki, “Braqa” ilə qarşılaşacağıq”.

Belarusdan olan idman jurnalisti Mixail Trofimov da oyun haqda fikirlərini qeyd edib. Həmkarımız oyunu təhlil edib və bəzi məqamları ön plana çıxarıb:

“Dinamo” imzasını Bakıda da atdı. Komanda gözlənilən futbolu sərgilədi. Sərbəst qaçdı, 20-30 metrlik yarışları qazandı, nişan almadan zərbələr endirdi və topu doğru yerlərə göndərdi. Taktiki hiylələrdən yox, sürət və gücdən istifadəyə üstünlük verdi. “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər. Buna istirahətdən yeni qayıtmaları səbəb oldu, yoxsa asan qollar vurmaları? Bunu bilmirik. Ancaq Bakı təmsilçisi 20-ci dəqiqədən sonra o qədər qonaqpərvər oynadı ki, “Dinamo” edə bildiyi ən yaxşı şeyi etməyə başladı: boşluqları yaxşı dəyərləndirdi, fürsətlər yaratdı. Rəqib həqiqətən də yaxşı başlamışdı. Futbolçuların hərəkətləri seçilən düzülüşü anlamağı belə çətinləşdirmişdi. Onlar topa başıboş köpəyə yapışan birələr kimi sarılırdı. Hətta “Neftçi” ilk 10 dəqiqədə daha çox qol vura bilərdi. Yenə də “Dinamo” təşəbbüsü ala bildi. Bu dəfə arxaya doğru edilən uzun ötürmələr işə yaradı. Gözlənilmədən iki qol buraxan “Neftçi” qısa müddətdə tam sıradan çıxdı. “Dinamo” bu qələbəni tanrının hədiyyəsi kimi qəbul etməlidi”.

“Bel.football” nəşri də “Dinamo-Minsk”in qələbəsindən yazıb. Həmkarlarımız bunu “Neftçi”nin ciddi səhvləriylə əlaqələndirib:

“Oyundan əvvəl hamı narahat idi. Çünki Bakı təmsilçisi mövsümlərarası fasilədə heyətini gücləndirmiş, meydana favorit kimi çıxmışdı. İkincisi, rəqibin baş məşqçisi Yuri Vernidub Belarus futbolunu yaxından izləyir və bu barədə çox şey bilir. İlk dəqiqələrdə bu narahatlıqların haqlı olduğunu düşünməyə başladıq. Çünki rəqib erkən qollar vurdu. Ancaq sonradan heç kimin gözləmədiyi hadisə baş verdi. “Neftçi” arxayınlaşdı və oyuna ciddi yanaşmadı. Rəqib nəticəni qorumağa üstünlük verdi və qapımıza təzyiqi böyük ölçüdə azaltdı. Bu ərəfədə atmosferə uyğunlaşan Minsk komandası təşəbbüsü ələ aldı və lazım olan qələbəni qazandı”.

Maraq üçün Belarus mətbuatında yayınlanan faktlara da nəzər yetirək. Belə ki, “Dinamo-Minsk” Belarus futbolu tarixində avrokuboklarda ilk 10 dəqiqədə iki qol buraxan 4-cü, həmçinin ilk 10 dəqiqədə iki top fərqi ilə geri düşsə də, qalib gələn ilk komanda kimi tarixə düşüb! Minsk təmsilçisi 2018-ci ildən bəri ilk dəfə bir avrokubok oyununda 4 qol vurub.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

19-07-2026, 09:0

"Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər

Manşet / Yazarlar

14-07-2026, 10:0

Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI

Manşet / Konfrans Liqası

20-07-2023, 22:0

"Neftçi"nin rəqibi müəyyənləşdi

Aktual / Ölkə futbolu

22-07-2026, 12:0

"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ

Avrokuboklar / Aktual

22-07-2026, 18:0

"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı

Avrokuboklar / Aktual

17-07-2026, 13:0

“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!

Aktual
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
Son xəbərlər
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 165
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə