• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?

Müsahibə / Aktual

11-06-2026, 17:0

Mövsümlərarası fasilə başlayan kimi transfer söhbətləri aktuallıq qazanır. Təbii ki, komandalar onlara lazım olmayan futbolçularla vidalaşır, boşalan mövqelərə yeni oyunçular gətirir. Üstəlik Misli premyer-liqasında bu yayın xarakterik cəhətlərindən biri kütləvi məşqçi istefalarıdı. Və nəhayət, transfer bazarına yeni “oyunçu” gəlib. Paytaxtı təmsil edən bu klunu adı “Şəfa”dı.

Bir sözlə, bu yay transfer bazarında maraqlı hadisələr gözlənilir. Menecer Emil Şükürovla qarşıdakı “transfer pəncərəsi”nin tendensiyalarını çözməyə çalışdıq.

- Yay “transfer pəncərəsi”ndə əsas meyillər nədən ibarət olacaq?
- Klublar transfer fəaliyyətinə, adətən, yayda başlamırlar. Artıq qışda - yanvar, fevralda hazırlıq start götürür. Kimləri “gözaltı edəcəklərini” qətiləşdirirlər. Bu məsələyə təsir edən bir amil var: Azərbaycan klublarının transfer edə biləcəyi bəzi oyunçuların dünya çempionatında iştirakı. Çünki qeyri-standart bir yanaşma var ki, DÇ oyunçuların qiymətini artırır. Kisənin ağzını açanda normal transferlər etmək olar.

- Transfer bazarında yenə dəbi daha yüksək büdcəyə malik, avrokuboklara da qatılacaq klublar müəyyənləşdirəcək? Yoxsa başqa komandaların da bu mübarizəyə qoşulacağını gözləyirsiz?
- Avrokubok iştirakçıları öz yerində, mən “Şəfa”nı da unutmuram. Yetərincə iddialıdı, bazarı alt-üst etməyə gəlir. Ən azı ilk “3-lük”də qərarlaşmasa da, liderlərə yaxın “3-lük”də görürəm. Bazarda artıq oturuşmuş komandalarımız var ki, transferlərə rahat şəkildə pul xərcləyə bilirlər. Həm də avrokuboklarda oynayacaqlarına görə oyunçu alacaqlarını gözləyirəm. Qeyri-adi sürpriz görmürəm. İlk beş komanda və “Şəfa” bazarda əsas oyunçular olacaq.

- Kütləvi baş məşqçi dəyişikliyi bazara nə dərəcədə təsir göstərəcək?
- Kütləvi baş məşqçi dəyişikliyindən qorxmaq lazım deyil. Statistikaya baxsaq, Almaniya bundesliqasında il ərzinə məşqçi dəyişikliyi 60-70 faizə qədər gəlib çıxır. Klubların qarşıya qoyduğu məqsədlər, hədəflər var. İstənilən halda klub baş məşqçini dəyişirsə, bu bir anda verilən qərar deyil. Mövsüm ərzində, xüsusən də mövsüm sonlarına yaxın müəyyən məsələlər ətrafında anlaşma olmayanda, məşqçinin baxışı klubun hədəfləri ilə üst-üstə düşməyəndə dəyişə bilərlər. Təbii ki, gedənin əvəzinə daha güclü, taktikadan daha yaxşı baş çıxaran mütəxəssis gələcəksə, niyə də yox?!

- Yerli futbolçulardan hansının karyerasini Avropada davam etdirməyə hazır olduğunu düşünürsüz?
- Yerli futbolçulardan əsasən “Qarabağ”ın oyunçularını deyərdim. Toral Bayramov artıq klubdan ayrıldı. Elvin Cəfərquliyevin də ayrılacağını gözləmək olar. Mən istərdim ki, Musa Qurbanlı yenidən Avropaya üz tutsun və ikinci cəhddə uğur qazansın. “Qəbələ”də gənc oyunçular, “Şamaxı”da Edqar Adilxanov var. Sadəcə, onların keçəcəyi klublar “böyük beşlik”də olmasa belə, özlərini sübut etməyə başlamalıdılar. Buna vaxtları, həvəsləri varsa, niyə də olmasın?! Bu həm onların, həm də Azərbaycan yığmasının adının yüksəlməsinə kömək edər.

- 2025/26 mövsümündə legioner limiti aradan götürüldü. Bu qərar çempionatda rəqabətə nə dərəcədə təsir göstərdi?
- Açığı, mən həmişə legioner limitinin aradan qaldırılmasının tərəfdarıydım. Bəzi liqalarda 25 oyunçudan 15-nin əcnəbi olması sistemi var idi. Artıq hansı güclü idisə, o da oyuna çıxacaqdı. Sadəcə, bizim klubların transfer siyasətinə baxanda görmək olur ki, transfer xətrinə transfer edirlər. Bəzən gətirdikləri legionerlər bizim yerli oyunçulardan fərqlənmirlər, dəyərləri də baha olur. O cür transfer etməkdənsə, təbii ki, gənc əcnəbi oyunçu götürüb, gələcəyə yönəlməlidilər. Xüsusən də min, 2 min dollar maaş verib, sonradan Avropa və ya Afrika pasportuna malik belə oyunçuları baha qiymətə sata bilərlər. Boş yerə transfer etmək əvəzinə belə oyunçu alıb, layihə tipli transfer siyasəti həyata keçirə bilərlər. Mən indi ölkə çempionatının səviyyəsinin çox elə yuxarı qalxdığını düşünmürəm. Bu gün legionerlərin keyfiyyəti ilə bağlı heç bir tələb yoxdu. Əvvəllər bilirdik ki, millilərdə, yüksək reytinqli liqalarda, klublarda çıxış edən oyunçuların gətirilməsi ilə bağlı mexanizm var idi.

- Sizcə ölkə çempionatında mükafatçılar sırasına düşmək istəyən klubların büdcəsi nə qədər olmalıdı? 8-10 milyon manat, yoxsa daha artıq?
- 8-10 milyon manat nəzərdə tuturuqsa, bu büdcə bəlkə 4-5-ci pillələrə iddialı komandalara sona qədər mübarizə aparmaq imkanı verəcək. Reallığa baxsaq, o effekti verməyəcək. 8-10 milyon manat 4-5 milyon avroya bərabərdi. Baltikyanı ölkələr üçün bu büdcə ilə iddialı komanda yaratmaq olur. Aşağı maaşlı, amma potensiallı gəncləri oynadaraq milyonlara sata bilərsən. Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı.Tək maaşdan söhbət gedirsə, daha aşağı ola bilər. Lakin klubun ümumi büdcəsi, akademiya ilə bağlı tələblər, qadın futbolu var. Bunların hamısına yüksək səviyyədə nail olmaq üçün büdcə 20-25 milyondan başlayır.

İSRAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-01-2025, 10:0

Azərbaycanda transfer pəncərəsi açıldı

Dünya futbolu

4-04-2022, 15:0

Yay “transfer pəncərəsi”nin müddəti müəyyənləşdi

Dünya futbolu

30-03-2025, 10:0

Premyer-liqada “transfer pəncərəsi”nin vaxtı açıqlandı

Dünya futbolu

21-11-2022, 14:0

“Barselona” qışda kimi transfer edəcək?

Ölkə futbolu

28-11-2022, 14:0

"Qış transfer pəncərəsi" yanvarda açılacaq

İdman

11-12-2024, 12:0

Qış “transfer pəncərəsi” yanvarda açılacaq

Aktual
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
“Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
“İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
“Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
“Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Son xəbərlər
  • Bu gün, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Bu gün, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Bu gün, 20:39
    "Zirə" fərqi artırdı - YENİLƏNİR
  • Bu gün, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Bu gün, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Bu gün, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Bu gün, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Bu gün, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Bu gün, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Bu gün, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Bu gün, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
  • Bu gün, 15:30
    La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
  • Bu gün, 14:59
    Makqreqor uduzdu, amma milyonlar qazandı
  • Bu gün, 14:05
    “İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
  • Bu gün, 13:51
    “Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
  • Bu gün, 13:20
    Buruk Terimi geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü
  • Bu gün, 12:59
    "Şamaxı" gürcüstanlı hücumçu transfer etdi
  • Bu gün, 12:44
    “Hədəf yarışın indiyədək keçirilmiş cüdo üzrə dünya çempionatları arasında ən yaxşısı olmasıdı”- Rəşad Rəsullu
  • Bu gün, 12:25
    Bakıda olacaq DÇ-nin rəsmi loqosu və tanıtım çarxı təqdim edildi
  • Bu gün, 11:54
    Millimiz İngiltərəyə qalib gəldi
  • Bu gün, 11:23
    Alkaras daha bir turniri buraxacaq
  • Bu gün, 10:52
    “Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
  • Bu gün, 10:31
    "İmişli"də növbəti ayrılıq
  • Bu gün, 10:00
    Oveçkin qonşusu ilə barışdı və ...Messiyə qonşu oldu
  • Bu gün, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:54
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • Dünən, 23:32
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • Dünən, 22:36
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • Dünən, 21:55
    Yarımfinal oyununa çıxa biləcəklər?
  • Dünən, 21:24
    “Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
  • Dünən, 21:12
    “Red Bull” ilə Ferstappen arasındakı narazılıq artır
  • Dünən, 20:50
    "Hadisələrin axarını dəyişmək üçün əllərindən gələni edəcəklər" - Rəşad Sadıqov
  • Dünən, 20:30
    Ronaldonun klubunda maliyyə problemi yaranıb
  • Dünən, 19:20
    İngiltərədə klubunu dəyişəcək
Daha çox
Oxunub: 232
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 216
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 213
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 205
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə