İngiltərə premyer-liqasında qarçıdakı “transfer pəncərəsi”nin vaxtı açıqlanıb.
Bu liqada çıxış edən klublar yay transferi dövrünün tarixləri ilə bağlı razılığa gəliblər. Turnirin rəsmi saytının məlumatına görə, “transfer pəncərəsi” Klublararası Dünya Çempionatı (KDÇ) ilə bağlı qeydiyyat müddəti ilə əlaqədar iyunun 1-dən iyunun 10-dək və iyunun 16-sından sentyabrın 1-dək açıq olacaq.
Bu il KDÇ iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək. Turnirdə ilk dəfə 32 komanda çıxış edəcək. Yarışda İngiltərə premyer-liqasını “Mançester Siti” və “Çelsi” təmsil edəcəklər.