"Qış transfer pəncərəsi" yanvarda açılacaq

28.11.2022 14:37 324
Ölkə futbolu
Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda iştirak edən klublar üçün “qış transfer pəncərəsi” yanvarın 3-də açılacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandalar yeni transferlərini fevralın 1-i, axşam 23.59-a qədər qeydiyyatdan keçirə bilərlər.