“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kabo-Verdelii futbolçu üç fərqli oyunda — “Həkken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və “Atletik"ə qarşı matçlarda — hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.
Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.
Dekabr 2023 – “Qarabağ” vs “Həkken” – Avropa Liqasının qrup mərhələsi
Yanvar 2025 – “Qarabağ” vs FKSB – Konfrans Liqasının pley-off mərhələsi
Oktyabr 2025 – “Qarabağ” vs “Atletik” – Çempionlar Liqasının Liqa mərhələsi