"Qarabağ" uduzdu, pley-off şansı bitdi... - YENİLƏNİB

23.01.2025 23:41 382
Manşet / Avropa Liqası
Bu gün "Qarabağ" Avropa Liqasının əsas mərhələsində 7-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi evdə FKSB (Rumıniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Qarabağ" 3 xalla 33-cü yerdə qərarlaşıb. Bu o deməkdi ki, növbəti matçın nəticəsindən asılı olmayaraq Ağdam təmsilçisi pley-off şanslarını itirib.

Qeyd edək ki, "Qarabağ" əsas mərhələnin sonuncu - 8-ci turunda Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.

Avropa Liqası
əsas mərhələ, 7-ci tur
23 yanvar
Qarabağ – FKSB (Rumıniya) 2:3

Leandro Andrade, 1. Siyabonqa Nqezana, 41 - öz qapısına - Adrian Şut, 7; 73. David Mikulesku, 45+4.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.