• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qələbə var, amma ümid… - 3:0 bitməli olan oyuna sözardı

Manşet / Yazarlar

6-08-2025, 22:0

“Şkendiya” əvvəlki mərhələdə güclü FKSB-ni Çempionlar Liqasından uzaqlaşdırdığına, üstəlik əvvəlki illərdə “Neftçi” və “Sumqayıt”ı cəzalandırdığına görə “Qarabağ”ın bu komanda ilə duelinin perspektivi Azərbaycanın futbol ictimaiyyətində müəyyən narahatlıq doğururdu. Amma indi - ən azı 3:0 bitməli olan oyunda Leandro Andradenin müstəsna fədakarlığı və futbolçu bicliyi nəticəsində 1:0 qalib gəldiyimiz oyundan sonra yalnız və yalnız təəssüf hissi keçiririk.

Mən də o fikirdəyəm ki, “Şkendiya” “Qarabağ”dan hədsiz çəkinirdi, hətta bir qədər də kobud ifadə edəcəm: gizlənməyə siçan deşiyi axtarırdı. Bunda da qeyri-adi nəsə yoxdu. Tarixində ilk dəfə avrokubokların əsas mərhələsinə vəsiqə qazanan komanda qarşısında bu mərhələnin daimi iştirakçısını görürsə, qorxmalıdı da, çəkinməlidi də! Amma rəqib qorxurdusa, “Qarabağ”ın oyunçuları da inanılmaz dərəcədə təlaşlanırdı. Mən eyni təlaşı nəinki Kadidə, hətta ənənəvi soyuqqanlı Leandroda da gördüm, Nərimanda da. "Ferentsvaroş"dan qayıdandan sonra heç cür əvvəlki səviyyəsini bərpa edə bilməyən (məncə, bunu artıq fərqli mövqedə oynamasıyla bağlamaq da yersizdi!) braziliyalının durumu başqa bir yazının mövzusudu. “Şkendiya”nın qorxaqlığı fonunda “Qarabağ” ehtiyatlı-təlaşlı davranmasaydı, artıq ilk yarıda nəinki oyunun, hətta cütün taleyini həll etmək olardı. Səviyyəcə üstün olduğun rəqibin qapısına yol tapandan sonra müdafiəyə çəkilməyin ciddi izahı yoxdu. Bunu edən gec-tez cəzalanır. Cəzalanmadıqsa, bu da Allahın lütfüdü.

Mən də o fikirdəyəm ki, bu qədər qol vəziyyətini sağa-sola xərcləmək olmaz, “Qarabağ” rəhbərliyi imkan daxilində daha tez bitirici hücumçu problemini həll etməlidi. Zubir ən azı üç, Axundzadə iki qol vura bilərdi. Prinsipcə Nəriman mərkəz hücumçusuna lazım olan bütün keyfiyyətlərə malikdi, “açılır”, zərbə mövqeyinə çıxır, düz qərarlar verir, amma texniki ustalıq baxımından yüngül problem yaşayır; ilk epizodda topu qapıçının başının üzərindən atmaq, ikincidə adi bir aldadıcı hərəkət etmək lazım idi. Heç birini edə bilmədi, onun etdikləri isə qol gətirmədi.

Mən də o fikirdəyəm ki, meydana sonradan çıxanlar “Qarabağ”ın oyununu qətiyyən gücləndirmədi. Yankoviç formadan düşüb, Kaşuk başsız atlı kimi qaçırdı, Cəfərquliyev “Bayer-04” ilə oyunlarda “Qarabağ”a baha başa gələn səhvlərdən birini də etdi, Abbas epizodların birində nə etməli olduğunu az qala bizdən – “CBC Sport”un mənasız yayınına görə onsuz da qəzəbli olan azarkeşlərdən soruşacaqdı, Kuaku da elə adı çəkilənlər kimi. Bir sözlə, Qurban bəyin əvəzetmələri sanki əvəzetmə xatirinə idi, daha oyunu gücləndirməyə, rəqib qapısı önündə təzyiqi artırmağa, çox arzulanan 2-ci qolu vurmağa xidmət etmirdi.

Mən də o fikirdəyəm ki, bu cütün taleyi Bakıda həll olunacaq. Yalnız və yalnız ona görə ki, 1:0 “sürüşkən” hesabdı, rəqibin itirəcəyi heç nə yoxdu, təbii ki, makedoniyalılar xoşbəxtliyi hücumda axtaracaq. Amma söhbət sırf komandaların və ayrı-ayrı futbolçuların səviyyəsindən gedirsə, narahat olmağa dəyməz. “Qarabağ” əslində Skopyedə qazanmalı olduğu 3:0-ı burda bacarsa, şəxsən mən təəccüblənmərəm. Sadəcə, yersiz qırmızı vərəqə, hansısa futbolçunun inanılmaz səhvi, avtoqolu, yəni rəqibi ruhlandıra biləcək qeyri-adi hadisə-macəra olmasın! “Qarabağ” 2017-ci ildən sonra bəlkə də ilk dəfə Çempionlar Liqasında əsas mərhələyə bu qədər yaxındı. Əslində bu ifadəni “Şkendiya” ilə cavab oyunundan, “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanması rəsmiləşəndən sonra yazmaq daha çox yerinə düşərdi. Hadisələri bir qədər qabaqladım. Bəlkə də ona görə ki, indi azərbaycanlı azarkeşlərin hər birinin ürəyindən məhz bu keçir, istənilən başqa nəticə, çox güman, ağdamlıların növbəti uğursuzluğu kimi dəyərləndiriləcək.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

31-07-2025, 00:0

"Qarabağ"ın 3-cü təsnifat mərhələsindəki rəqibi - ÇL

Aktual / Avrokuboklar

31-07-2025, 16:0

“Şkendiya” tarixində heç vaxt avrokubokların əsas mərhələsində oynamayıb - araşdırma

Manşet / Çempionlar Liqası

4-08-2025, 19:0

"Qalib Bakıdakı oyunda müəyyənləşəcək" - "Şkendiya"nın baş məşqçisindən cəsarətli açıqlamalar

Aktual / Avrokuboklar

3-08-2025, 14:0

“Şkendiya”, “Omoniya”, “Levski”... - rəqiblərimizi tanıyaq

Manşet / Çempionlar Liqası

6-08-2025, 15:0

"Şkendiya" Bakıda möcüzə axtarmalı olacaq" - "Qarabağ" makedoniyalılar üçün məğlubedilməzdi!

Aktual / Ölkə futbolu

2-08-2025, 14:0

“Şkendiya”nın sürpriz qələbəsinin azərbaycanlı şahidi – “belə rəqiblərə qol vurmaq çox çətindi”

Aktual
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Son xəbərlər
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə