Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
"Football-plus az" xəbər verir ki, "Sabah" da bu mərhələnin cavab matçına çıxıb.
Ölkə kubokunun qalibi səfərdə "Selye"nin qonağı olub. Bakıda keçirilən ilk görüşdə Sloveniya təmsilçisi 3:2 hesabı ilə qalib gələn "Sabah"ın səfərdəki görüşü 3:3 hesabı ilə başa çatıb və komanda Avropa Liqası ilə erkən vidalaşıb. "Bayquşlar" yola Konfrans Liqasında davam edəcək və 2-ci mərhələdə "Petrokub" (Moldova) ilə qarşılaşacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Selye (Sloveniya) – Sabah 3:3
Kovaçeviç, 19-p. Vuklişeviç, 49. Nikita İosifov, 108
- Coy-Lens Mikels, 9; 63; 66.
Hakimlər: DRAQOMİR DRAQANOV, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (hamısı Bolqarıstan).
VAR hakimi: Vasimir Əl-Hatib (Bolqarıstan).
VAR hakiminin köməkçisi: Volen Çinkov (Bolqarıstan).
17 iyul. Selye. “Zdejele” stadionu. Saat 22.00.
İlk oyun – 3:2.
KƏNAN BAHADIR