Məlum olduğu kimi, “Sabah” sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Selye”ni qəbul edəcək.
Bu gün günorta saatlarına qədər matç üçün 5000 bilet satılıb. Bu barədə “Football-plus.az”a “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Xatırladaq ki, “Bank Respublika Arena”da keçirilək oyun saat 20.00-da başlayacaq. Biletləri “İticket.az”dan, sabah isə matçın keçiriləcəyi stadionun kassalarından da əldə etmək mümkündü.
O başqa məsələ ki, klubun stadionun kassalarında bilet satışını gerçəkləşdirmək üçün sonuncu günü gözləməsi anlaşılan qərar deyil. Bu prosesə bir neçə gün əvvəldən start vermək daha məqsədəuyğun olardı.
KƏNAN BAHADIR