• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Siti” yenə uduzdu, ”Barselona” pley-offu təmin etdi - ŞƏRH

Dünya futbolu / Çempionlar Liqası

24-12-2024, 12:0

İkinci oyun günü Madriddə və Lilldə start götürdü.

Gözlənildiyi kimi, “Atletiko” “Slovan” üzərində inamlı qələbə qazandı. “Şturm”un isə bu mövsüm heç də pis təsir bağışlamayan “Lill”i büdrətməyə gücü çatmadı. Təcrübəli Bruno Jenezionun uğurlu əvəzetməsi komandaya qələbə qazandırdı.

“Ştutqart” əks bir dejavyu yaşadı. Şvabiyalılar ötən tur Belqradda hesabı açdıqdan sonra pərən-pərən düşərək 5 qol buraxmışdılar. Bu dəfə isə “Ştutqart” özü “Yanq Boyz”dan örkən qol buraxandan sonra 5 dəfə fərqlənərək fanatlarına mükəmməl qələbə bəxş etdi. Yeri gəlmişkən, ilk oyun günündən sonra “Leyptsiq” pley-off şansını itirmişdisə, ikinci oyun günündən sonra “Slovan” ilə “Yanq Boyz”un da ilk “24-lüy”ə düşə bilməyəcəyi dəqiqləşdi. “Srvena Zvezda” səfərdə “Milan”ı büdrətməyə yaxın olsa da, son anlarda “ağ bayraq qaldırmalı” oldu. “Arsenal” heç də zəif olmayan “Monako” ilə görüşdə Sakanın əla oyunu sayəsində qalib gəldi. 2 qol, 1 məhsuldar ötürməlik performans sərgiləyən ingiltərəli vinger ÇL-də həftənin oyunçusu seçildi.

“Mançester Siti” üçün kabud dolu günlər davam edir. Xosep Qvardiolanın komandası bu dəfə “Yuventus” “divarına” çırpıldı. “Yuve” ən güclü vaxtlarında olduğu kimi çox inamla müdafiə olunub rəqibi əks-hücumlarda məhv etdi. İlk qolda hesabına məhsuldar ötürmə yazan gənc türkiyəli vinger Kənan Yıldız performansı ilə yenə böyük alqış qazandı. ÇL-də ardıcıl 3-cü görüşdə qələbəyə həsrət qalan “Siti” son 10-cu rəsmi oyunda 7-ci (!) məğlubiyyətlə üzləşdi. Hələ ki pley-off zonasında yer alan komandanı növbəti tur qələbəyə hava-su kimi ehtiyacı olan PSJ ilə çətin səfər oyunu gözləyir.

Günün daha bir maraqlı oyunu Dortmundda keçirildi. “Borussiya”nın ilk yarıda “çərçivə”yə zərbə vura bilmədiyi qarşılaşmada bütün əsas hadisələr ikinci hissəyə təsadüf etdi. Fasilədən sonra “Barselona” “qaçmağa”, “Borussiya” “qovmağa” başladı. Meydan sahiblərinin ilk iki qola cavabı tapılsa da, qonaqların 3-cü qolu həlledici oldu. Sonradan meydana çıxan Ferran Torres gözlənilmədən dubl edərək qəhrəmana çevrildi. Bu nəticə ilə Kataloniya nəhəngi “Liverpul”un ardından pley-offa vəsiqəni təmin edən ikinci komanda oldu. Bu mövsüm rəsmi matçlarda evdə ilk dəfə uduzan “Borussiya” isə 1/8 finala birbaşa vəsiqə verən “8-liy”i tərk etdi. Digər oyunlara gəlincə, “Feyenoord” “Sparta”ya 4 qol vurmaqla evdə ilk qələbəsini qazandı. “Benfika” isə böyük üstünlüyə baxmayaraq, heç cür “Bolonya”nın müdafiəsini yara bilmədi. Beləliklə, ÇL-də təxminən 40 günlük fasiləyə yollanırıq. Əsas mərhələnin son iki turu artıq gələn il oynanılacaq.

Atletiko – Slovan 3:1 (2:0)
Atletiko (Madrid, İspaniya): Oblak, Lyorente, Ximenes, Lanqle, Qalan, De Paul, Barrios (Koke, 46), Simeone, Lino (Rikelme, 73), Qrizmann (Qallaxer, 73), Alvares (Sörlot, 73).
Slovan (Bratislava, Slovakiya): Takaç, Blekman, Vut, Kaşia, Bayriç (Vayss, 84), Medvedev (Zuberu, 72), Kuçka, Savvidis (Mustafiç, 84), Barseqyan (Marselli, 35), Mak (Metsoko, 72), Strelets.
Qollar: Alvares, 16 (1:0). Qrizmann, 42 (2:0). Strelets, 51-p. (2:1). Qrizmann, 57 (3:1).
Vərəqə: yoxdu.
Hakim: Manfredas Lukyançukas (Litva).
11 dekabr. Madrid. 59134 tamaşaçı.

Lill – Şturm 3:2 (2:1)
Lill (Fransa): Şevalye, Menye, Diakite, Ribeyro, Bakker (Haraldsson, 80), İsmaili (Qudmundsson, 68), Andre, Buaddi (Muaku, 56), Kabella (Fernandes, 68), Sahraui (Bayo, 80), David.
Şturm (Qrats, Avstriya): Xudyakov, Conston (Maliç, 87), Qayrhofer, Vütrix, Lavale, Yalkuye, Çukvuani (Yatta, 87), Qorents Stankoviç (Hirlender, 84), Kiteişvili, Biret, Bevinq (Horvat, 85).
Qollar: Sahraui, 37 (1:0). Bakker, 45+2 (2:0). Kiteişvili, 45+4 (2:1). Biret, 47 (2:2). Haraldsson, 81 (3:2).
Vərəqələr: Çukvuani, 8. Bakker, 74 – sarı.
Hakim: Georgi Kabakov (Bolqarıstan).
11 dekabr. Lill. 45796 tamaşaçı.

Milan – Srvena Zvezda 2:1 (1:0)
Milan (İtaliya): Menyan, Kalabria (Emerson, 83), Qabbia, Tiav, Ernandes, Fofana, Reynders, Musa (Kamarda, 83), Loftus-Çik (Çukvueze, 28), Leao, Morata (Abraham, 29).
Srvena Zvezda (Belqrad, Serbiya): Quteşa, Mimoviç (Kanqa, 75), Spayiç, Ciqa, Sol Yun Vu, Elsnik, Kruniç, Silas, Maksimoviç (Radonyiç, 60), Milson (İvaniç, 46), Ndiaye (Duarte, 86).
Qollar: Leao, 42 (1:0). Radonyiç, 67 (1:1). Abraham, 87 (2:1).
Vərəqələr: Musa, 32. Kruniç, 33. Ernandes, 45. Ciqa, 81 – sarı.
Hakim: Xesus Xil Mansano (İspaniya).
11 dekabr. Milan. 53717 tamaşaçı.

Arsenal – Monako 3:0 (1:0)
Arsenal (London, İngiltərə): Raya, Parti, Saliba, Kivior, Lüis-Skelli (Y.Timber, 64), Merino, Rays, (Jorjinyo, 64), Edeqor (Nvaneri, 79), Saka, Martinelli (Trossar, 64), Jezus (Haverts, 73).
Monako (Fransa): Maetski, Vanderson (Teze, 81), Kerer, Salisu, Enrike, Kamara (Matazo, 81), Maqassa (Minamino, 46), Akliuş, Qolovin, Ben Segir, Embolo (İlenixena, 81).
Qollar: Saka, 34 (1:0). Saka, 78 (2:0). Haverts, 88 (3:0).
Vərəqələr: Martinelli, 32. Merino, 60. Vanderson, 63 – sarı.
Hakim: Davide Massa (İtaliya).
11 dekabr. London. 60157 tamaşaçı.

Borussiya D – Barselona 2:3 (0:0)
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuyersn (Kouto, 46), Əmrə Can, Şlotterbek, Bensebayni, Nmeça, Zabitser, Dyuranvill (Malen, 73), Reyna (Qross, 73), Gittens, Girassi.
Barselona (İspaniya): Penya, Kunde, Kubarsi, Martines, Balde, Kasado, Pedri (Qarsiya, 90+3), Yamal (Viktor, 90), Olmo (Lopes, 71), Rafinya (De Yonq, 71), Levandovski (Torres, 71).
Qollar: Rafinya, 53 (0:1). Girassi, 60-p. (1:1). Torres, 75 (1:2). Girassi, 78 (2:2). Torres, 85 (2:3).
Vərəqələr: Zabitser, 42. Nmeça, 51. Kouto, 57. Kubarsi, 58. Bensebayni, 61. Torres, 90+2 – sarı.
Hakim: Fransua Letesye (Fransa).
11 dekabr. Dortmund. 81365 tamaşaçı.

Yuventus – Mançester Siti 2:0 (0:0)
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Savona, Qatti, Kalulu, Danilo, Lokatelli, Türam (Makkenni, 69), Konseysao (Vea, 69), Koopmayners, Kənan Yıldız (Mbanqula, 85), Vlahoviç (Duqlas Luis, 85).
Mançester Siti (İngiltərə): Ederson, Uoker, Diaş, Qvardiol, Lüis, B.Silva, Gündoğan, Dokyu (Savinyo, 78), De Bruyne, Qriliş (Nunyeş, 87), Holann.
Qollar: Vlahoviç, 53 (1:0). Makkenni, 75 (2:0).
Vərəqələr: Qriliş, 84. Di Qreqorio, 85. B.Silva, 86 – sarı.
Hakim: Kleman Türpen (Fransa).
11 dekabr. Turin. 40890 tamaşaçı.

Feyenoord – Sparta 4:2 (3:1)
Feyenoord: (Rotterdam, Niderland): Vellenroyter, Niuvkoop (Bueno, 75), Trauner, Hantsko, Smal (Beelen, 58), Hvan İn Bom (Zerruki, 75), Milambo, K.Timber, Hac-Mussa (Strenqs, 75), Payşao, Ximenes (Osman, 68).
Sparta (Praqa, Çexiya): Vindal, Visner, Vitik, Sorensen, Kobbo (Panak, 68), Rıneş (Zeleni, 83), Sadilek, Kairinen, Solbakken (Laçi, 68), Rrahmani (Olatunyi, 77), Birmançeviç (Krasniqi, 77).
Qollar: Trauner, 8 (1:0). Payşao, 10 (2:0). Hac-Mussa, 30 (3:0). Rrahmani, 43 (3:1). Ximenes, 63 (4:1). Beelen, 79-öz qapısına (4:2).
Vərəqələr: Vindal, 10. Sorensen, 37. Ximenes, 51. Vitik, 53. Zeleni, 90 – sarı.
Hakim: Tobias Ştiler (Almaniya).
11 dekabr. Rotterdam. 45000 tamaşaçı.

Ştutqart – Yanq Boyz 5:1 (1:1)
Ştutqart (Almaniya): Nübel, Vaqnoman (Ştensel, 77), Ruo (Sterjiu, 81), Şabo, Mittelştadt (Əl-Daxil, 77), Ştiller, Karazor (Kaytel, 46), Rider, Miyo, Fürix (Malanqa, 77), Demiroviç.
Yanq Boyz (Bern, İsveçrə): Ballmoos, Atekame, Kamara (Pfayffer, 70), Benito, Acam (Blum, 70), Uqriniç, Lakomi, Vircinius (Kolli, 76), İmeri (Maleş, 62), Monteyro, İtten (Qanvula, 62).
Qollar: Lakomi, 6 (0:1). Ştiller, 25 (1:1). Miyo, 53 (2:1). Fürix, 61 (3:1). Vaqnoman, 66 (4:1). Kaytel, 75 (5:1).
Vərəqələr: Benito, 58. Acam, 60. Rider, 86. Uqriniç, 88. Lakomi, 90 – sarı.
Hakim: Giorgi Kruaşvili (Gürcüstan).
11 dekabr. Ştutqart. 60000 tamaşaçı.

Benfika – Bolonya 0:0
Benfika (Lissabon, Portuqaliya): Trubin, Bah, Arauxo, Otamendi, Fernandes, Orkun Kökçü (Kabral, 80), Eursnes, Luiş, Di Mariya, Kərəm Aktürkoğlu (Beste, 72), Pavlidis (Amduni, 72).
Bolonya (İtaliya): Skorupski, Poş (Koratsa, 88), Beukema, Kasale (Lukumi, 73), Holm, Ferqyuson, Moro (Froyler, 73), Urbanski (Ndoye, 73), Fabbian (Pobeqa, 73), İlinq-Junior, Dallinqa.
Vərəqələr: Pavlidis, 24. Luiş, 48. Fabbian, 53. Bah, 59. Kasale, 62. O.Kökçü, 63. Ferqyuson, 71. Otamendi, 76. Froyler, 89. Beukema, 90+5 – sarı.
Hakim: Radu Petresku (Rumıniya).
11 dekabr. Lissabon. 60650 tamaşaçı.

1. Liverpul 6 6 0 0 13-1 18
2. Barselona 6 5 0 1 21-7 15
3. Arsenal 6 4 1 1 11-2 13
4. Bayer-04 6 4 1 1 12-5 13
5. Aston Villa 6 4 1 1 9-3 13
6. İnter 6 4 1 1 7-1 13
7. Brest 6 4 1 1 10-6 13
8. Lill 6 4 1 1 10-7 13
9. Borussiya D 6 4 0 2 18-9 12
10. Bavariya 6 4 0 2 17-8 12
11. Atletiko 6 4 0 2 14-10 12
12. Milan 6 4 0 2 12-9 12
13. Atalanta 6 3 2 1 13-4 11
14. Yuventus 6 3 2 1 9-5 11
15. Benfika 6 3 1 2 10-7 10
16. Monako 6 3 1 2 12-10 10
17. Sportinq 6 3 1 2 11-9 10
18. Feyenoord 6 3 1 2 14-15 10
19. Brügge 6 3 1 2 6-8 10
20. Real 6 3 0 3 12-11 9
21. Seltik 6 2 3 1 10-10 9
22. Mançester Siti 6 2 2 2 13-9 8
23. PSV 6 2 2 2 10-8 8
24. Dinamo Z 6 2 2 2 10-15 8
25. PSJ 6 2 1 3 6-6 7
26. Ştutqart 6 2 1 3 9-12 6
27. Şaxtyor 6 1 1 4 5-13 4
28. Sparta 6 1 1 4 7-18 4
29. Şturm 6 1 0 5 4-9 3
30. Jirona 6 1 0 5 4-10 3
31. Srvena Zvezda 6 1 0 5 10-19 3
32. Zaltsburq 6 1 0 5 3-18 3
33. Bolonya 6 0 2 4 1-7 2
34. Leyptsiq 6 0 0 6 6-13 0
35. Slovan 6 0 0 6 5-21 0
36. Yanq Boyz 6 0 0 6 3-22 0

Bombardirlər: Levandovski (Barselona) – 7, Girassi (Borussiya D), Rafinya (Barselona) – 6, Vinisius (Real), Virts (Bayer-04), Keyn (Bavariya), Dyokereş (Sportinq), Holann (Mançester Siti) – 5.
Növbəti turun oyunları gələn il yanvarın 21-22-də keçiriləcək: Monako – Aston Villa, Atalanta – Şturm, Benfika – Barselona, Atletiko – Bayer-04, Liverpul – Lill, Bolonya – Borussiya D, Brügge – Yuventus, Slovan – Ştutqart, Srvena Zvezda – PSV, Leyptsiq – Sportinq, Şaxtyor – Brest, PSJ – Mançester Siti, Milan – Jirona, Feyenoord – Bavariya, Real – Zaltsburq, Sparta – İnter, Arsenal – Dinamo Z, Seltik – Yanq Boyz.

Faktlar
* “Arsenal” öz meydanında ardıcıl 14-cü rəsmi oyunda məğlub olmadı (12 qələbə, 2 heç-heçə). Komandanın sonuncu dəfə bundan daha yaxşı (18) seriyası 2017-nin mart-noyabr aralığında Arsen Vengerin başçılığı altında olub.
* Lüis-Skelli 18 yaş 76 günlüyündə forma geyməklə “Arsenal”ın heyətində son 13 ildə ÇL-də start heyətində meydana çıxan ən gənc futbolçu oldu. Oksleyd-Çemberleyn 2011-də “Olimpiakos”la qarşılaşmada 18 yaş 44 günlüyündə start heyətində meydana çıxmışdı.
* Bernardo Silva 74-cü oyununa çıxmaqla “Mançester Siti” tarixində ÇL-də ən çox oyun keçirən futbolçuya çevrildi.
* Noyabrdan bu yana “Mançester Siti” bütün turnirləri nəzərə almaqla “böyük beşlik”də ən çox (21) qol buraxan komandadı!
* “Ştutqart”lı Fabian Rider ÇL-də bir oyunda 3 məhsuldar ötürmə verən ilk isveçrəli futbolçu oldu. Maraqlıdı ki, o bunu məhz İsveçrə klubu ilə oyunda etdi.
* “Ştutqart” avrokuboklarda evdə 8 oyunluq qələbəsiz seriyaya son qoydu (4 heç-heçə, 4 məğlubiyyət). Bu seriya 2010-cu ildən davam edirdi.
* Girassi “Borussiya”nın tarixində ilk 6 ÇL matçında 8 qolun vurulmasında yaxından iştirak edən ilk futbolçudu (6 qol, 2 məhsuldar ötürmə).
* “Borussiya” “Barselona”ya qarşı keçirdiyi 5-ci oyunda da qələbəyə həsrət qaldı (2 heç-heçə, 3 məğlubiyyət).
* Ferran Torres “Barselona”nın heyətində ÇL matçında sonradan meydana çıxaraq dubl edən 4-cü futbolçu oldu. Daha öncə bunu 2008-də “Şaxtyor”la oyunda Lionel Messi, 2012-də “Bayer-04” ilə oyunda Kristian Telyo və 2015-də BATE ilə oyunda İvan Rakitiç bacarmışdı.
* “Barselona” 2011/12-dən bəri ilk dəfə ÇL-də ardıcıl 5 oyunun hər birində ən azı 3 qol vuraraq qalib gəlib.
* Qrizmann ÇL-də Simeonenin başçılığı altında 79 oyunda 36 dəfə fərqlənib. Bu turnirdə bir məşqçinin başçılığı altında ən çox qol vuran oyunçuların siyahısında o yalnız Messi (Qvardiola, 43) və Salahdan (Klopp, 41) geri qalır.
* “Feyenoord” 1974-dən bu yana ilk dəfə ÇL/ÇK matçının ilk yarısında 3 qol vurdu.

Oyundan sonra
Tyaqo Motta, “Yuventus”un baş məşqçisi:

“Bu gün meydanda ürəyimizi qoyduq. Amma eyni zamanda ağılla oynamağa çalışdıq. Komanda şəklində hücuma çıxmağı bacarırdıq və çox vacib məqamda qol vuraraq hesabı açdıq. Tam layiqli qələbə qazandığımızı düşünürəm. Eyni zamanda bəzi zədəli oyunçularımızın sıraya qayıtması da məni sevindirdi”.


Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:
“Əslində bundan əvvəlki oyunlarla müqayisədə bu gün heç də pis təsir bağışlamadıq. Topa və oyuna nəzarət edirdik. Amma geriyə çəkilən və kompakt oynamağa çalışan İtaliya təmsilçilərinə qarşı oynamaq asan olmur. Öz oyun tərzimizə sadiq qaldıq. Sadəcə son ötürmələri və zərbələri düzgün yerinə yetirə bilmədik. Bəzən “Yuve”nin əks-hücumlarının qarşısını kəsməkdə çətinlik çəkdik. Amma oyunçularımla fəxr edirəm. Onlar meydanda bütün güclərini qoydular. Rəqibi təbrik edirəm. “Yuventus” həmişə top-komanda olub və bundan sonra da belə qalacaq. Onları yaxşı gələcək gözləyir”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Oyuna əla başladıq və intriqanı hələ ilk yarıda öldürə bilərdik. ÇL-də bütün oyunu eyni səviyyədə keçirmək çox çətindi. İkinci yarının əvvəllərində müəyyən problemlər yaşasaq da, bunun öhdəsindən gələ bildik. İkinci qoldan sonra məsələ həll olundu. Qolları fərqli tərzdə vurduq və bu da məni sevindirir. Mən məhz buna can atıram. İstəyirəm ki, hər bir futbolçu təhlükə yaratmağı bacarsın. Daha çox qol vura bilərdik. Amma istənilən halda oyundan və nəticədən razıyam”.

***

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-12-2024, 02:0

“Barsa” qələbə qazandı, “Mançester Siti” uduzdu

Dünya futbolu

16-12-2024, 18:0

“Leyptsiq”in sırasına qoşuldular

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Çempionlar Liqası

2-09-2024, 19:0

Çempionlar Liqasının təqvimi açıqlandı

Dünya futbolu

10-10-2024, 15:0

''Qalatasaray''ı ÇL-ə buraxmayan komanda məşqçisini qovdu

Dünya futbolu

12-10-2024, 13:0

''Qalatasaray''ı ÇL-ə buraxmayan komanda məşqçisini qovdu

Aktual
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
“Sabah” “Bəhramov”a neçə azarkeşlə gələcək?
Kukseviçin qeyri-adi bəhanələri - rusiyalı mütəxəssis nə istəyir?
U-20-nin heyətində elita təcrübəsi olan bir futbolçu var
Son xəbərlər
  • Bu gün, 13:47
    “Bəhramov”da çempionluq, Zirədə 4-cü yer uğrunda taleyüklü görüş! - YENİLƏNİR
  • Bu gün, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Bu gün, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Bu gün, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Bu gün, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
  • Bu gün, 12:29
    "Qarabağ" azarkeşlərə müraciət etdi
  • Bu gün, 11:58
    Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
  • Bu gün, 11:39
    AFFA-da növbəti seminar
  • Bu gün, 11:12
    Mahiri bu gün start heyətində görəcəyik?
  • Bu gün, 10:55
    Bu gün 1/4 finalın növbəti iki matçı keçiriləcək - ABL
  • Bu gün, 10:47
    1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
  • Bu gün, 10:26
    Millimiz Gürcüstana qarşı
  • Bu gün, 10:06
    “Sabah” “Bəhramov”a neçə azarkeşlə gələcək?
  • Bu gün, 10:00
    Hidayət Heydərov mübarizəyə başlayır - AÇ
  • Bu gün, 09:49
    Ardanın “Şaxtyor”u yarımfinalda
  • Dünən, 23:31
    Kukseviçin qeyri-adi bəhanələri - rusiyalı mütəxəssis nə istəyir?
  • Dünən, 23:09
    Sabiq ulduzu ''Çelsi''ni yıxıb-sürüdü - ''Onların kim olduğunu bilmirəm''
  • Dünən, 22:56
    Yayda işini itirə bilər
  • Dünən, 21:55
    U-20-nin heyətində elita təcrübəsi olan bir futbolçu var
  • Dünən, 21:24
    İngiltərədən Almaniyaya üz tutmaq şansı var
  • Dünən, 20:53
    Yeni mövsümdə “Milan”a lazım olmayacaq
  • Dünən, 20:22
    PFL rəsmisindən AFFA ilə bağlanan müqavilə haqda açıqlama – şərtlər nədi?
  • Dünən, 19:52
    Levandovski “Barselona”da necə qala bilər?
  • Dünən, 19:21
    “Nyukasl”ı o da tərk edəcək?
  • Dünən, 18:59
    Rəhbərliklə danışıqlara başladı
  • Dünən, 18:28
    Məşhur futbolçu Sinqapura yollanacaq
  • Dünən, 17:57
    Argentinalı futbolçu artıq “Çelsi”ni bəyənmir
  • Dünən, 17:26
    İtaliya paytaxtını tərk etməyəcək
  • Dünən, 16:55
    “Sabah”da ciddi problem – “Qarabağ”la oyunlardan əvvəl həyəcan siqnalı...
  • Dünən, 16:24
    Millinin qızları azarkeşlərlə görüşdü
  • Dünən, 15:53
    Millimizin oyununu kim idarə edəcək?
  • Dünən, 15:22
    “Qalatasaray”la çempion olmuş məşqçi Okan Buruk haqda nələr dedi?
  • Dünən, 14:51
    Bacco da İtaliyaya görə narahatdı
  • Dünən, 14:20
    Evra Tevesi niyə hədələyib?
  • Dünən, 13:59
    Hakan Çalhanoğlunun meneceri ''Qalatasaray'' iddiaları haqda nə dedi?
Daha çox
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 140
“Qarabağ” nigeriyalı futbolçuları yola saldı - klub yayda ciddi addım atacaq!
Oxunub: 129
"Qarabağ"ın "dirəy"i gedir! - Zubirin yeni klubu açıqlandı
Oxunub: 113
Qurban Qurbanov təslim oldu… - azarkeşlər bu cür sözlər eşitmək istəmir!
Oxunub: 113
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Oxunub: 103
PFL rəsmisindən AFFA ilə bağlanan müqavilə haqda açıqlama – şərtlər nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə