• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Üçüncü məğlubiyyət, puç olan ümidlər... - REPORTAJ

Reportaj / Avropa Liqası

26-10-2024, 20:0

Avropa Liqası, əsas mərhələ, 3-cü tur
Qarabağ – Ayaks (Niderland) 0:3 (0:1)

99. Mateuş Koxalski
30. Abbas Hüseynov
55. Bədavi Hüseynov (k)
81. Kevin Medina
44. Elvin Cəfərquliyev
6. Julio Romao
8. Marko Yankoviç
(24. Aleksey İsayev, 84)
15. Leandro Andrade
(27. Toral Bayramov, 75)
7. Yassin Benzya
(66. Patrik Andrade, 81)
10. Abdulla Zubir
(13. Bəhlul Mustafazadə, 84)
18. Olavio Juninyo
(11. Emmanuel Addai, 81)
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
97. Fabian Buntiç
20. Riçard Almeyda
21. Aleksey Kaşuk
22. Musa Qurbanlı
90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

22. Remko Pasver
4. Yorrel Hato
37. Yosip Şutalo
24. Daniele Ruqani
(13. Ahmetcan Kaplan, 59)
2. Devayn Renç
8. Kennet Teylor
(10. Çuba Ekpom, 59)
6. Cordan Henderson (k)
28. Kian Fits-Cim
(21. Branko van den Bumen, 59)
11. Mika Qodts
25. Vut Veqhorst
(31. Yorti Mokio, 87)
29. Kristian Rasmussen
(3. Anton Qaay, 78)
Ehtiyat oyunçular
12. Cey Qorter
40. Diant Ramay
5. Oueyn Veyndall
9. Brayan Brobbi
20. Bertran Traore
33. Benjamin Tahiroviç
49. Ceydon Banel
Baş məşqçi: Françesko Farioli

Qollar: K.Teylor, 36 (0:1). V.Veqhorst, 74-p. (0:2). Ç.Ekpom, 77 (0:3).
Vərəqələr: E.Cəfərquliyev, 15. A.Hüseynov, 22. K.Fits-Cim, 45+1. Y.Benzya, 45+4. K.Medina, 73. M.Yankoviç, 81 – sarı. J.Romao, 15. E.Cəfərquliyev, 79 – qırmızı (ikinci sarı).
Hakimlər: NİKOLAS UOLŞ, Qrem Stüart, Kalum Spens, Kristofer Qrem (hamısı Şotlandiya).
VAR hakimi: Kevin Klanki (Şotlandiya).
VAR hakiminin köməkçisi: Con Biton (Şotlandiya).
Hakim-inspektor: Mehmet İlqaz (Türkiyə).
UEFA nümayəndəsi: Aldi Topçiu (Albaniya).
24 oktyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 27520 tamaşaçı.
Birinci hissəyə 4, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

1 (1) qapıya (“çərçivə”yə) zərbə 11 (10)
3 künc zərbəsi 2
1 ofsayd 4
11 qayda pozuntusu 21
6 (2) sarı (qırmızı) vərəqə 2 (0)
46 topa sahibolma (faizlə) 54


“Qarabağ” avrokuboklardakı 4 oyunluq məğlubiyyət seriyasını qıra bilər… Avropa Liqasının əsas mərhələsini əhatə edən turnir cədvəlinin xal xanasında azı 1 xal görə bilərik... Heç olmasa, bu dəfə...

Oyuna bu ümidlərlə köklənsək də, alınmadı. Halbuki “köhlən atlar” matça möhtəşəm başlamaqla ümidlərimizi birəbeş artırmışdı. 3-cü dəqiqədə Elvin cinah keçidindən sonra topu Andradeyə çatdıranda, sonuncu toru silkələyən də lap yerə-göyə sığmadıq. Təbii ki, laysman bayrağını havaya qaldırana qədər. Sonradan Elvinin ötürmə anında oyundankənar vəziyyətdə olduğu bildirildi və qol sayılmadı. Romaonun 15-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulması da xal və xallarla bağlı gözləntimizi azaltmadı. Amma sən demə, braziliyalı Qodtsu aşkar qol imkanından məhrum etdiyinə görə meydandan qovularkən matçın taleyini də həll edib. Əslində “Qarabağ” bu epizodun əvvəlində qola yaxın idi. Sadəcə, Medina Zubirin ötürdüyü topu itirdi və Henderson ön xətdə fürsət gözləyən Qodtsu vaxtında gördü. Həmin vaxt Qodts Koxalskiylə təkbətəkə doğru irəliləyirdi ki, Romao onu kobud müdaxiləylə dayandırmaqdan başqa çarə görmədi. Düzdü, “köhlən atlar”ın ötən mövsüm “Braqa” və “Bayer-04”lə oyunlarını xatırlayanlar hələ də ümidli idi. Lakin məlum oldu ki, “Qarabağ” həminki deyil.

21-ci dəqiqədə Rasmussen “Ayaks”ın ilk qoluna müəlliflik etmək imkanı qazandı. Hendersonun ötürməsini qarşılayan futbolçu Medina və Bədavinin təzyiqindən xilas olmaq üçün topu önünə atdı və zərbəsi qüvvətli olduğundan “kürə” meydanı tərk etdi. Vərəqələrin yağış kimi yağdığı ərəfədə qonaqların növbəti təhlükəli hücumunu izlədik. Bu dəfə Koxalski Qodtsun cəhdinə mane oldu. Qonaqlar 36-cı dəqiqədə ələ düşən imkandan maksimum faydalandı. Söhbət “Qarabağ”ın müdafiə xəttində yaranan boşluqdan, rəqibin dərhal irəli atılaraq hesabı açmasından gedir. Qodts cərimə meydançasına daxil olandan sonra topu sağ cinaha, daha dəqiqi, Veqhorsta göndərdi. Ardınca Teylor komanda yoldaşının ötürməsini qolla tamamladı. O başqa məsələ ki, hücumun əvvəlində Teylor Yankoviçi kobudluqla yerə yıxıb irəli atılmışdı.

43-cü dəqiqədə Fits-Cim fərqi artırmaq niyyətiylə uzaqdan bəxtini sınasa da, Koxalski komandasını qoldan xilas etdi. Bir qədər sonra qapıçı Bədavi ilə Abbasın arasından keçərək “çərçivə”ni nişan alan Qodtsun zərbəsini də zərərsizləşdirdi. “Qarabağ”ın hesabı bərabərləşdirmək şansı isə 45+4-cü dəqiqədə ələ düşdü. Yankoviçin ötürməsindən sonra təkbaşına irəli atılan Elvin topu Juninyoya çatdırmaq istəyirdi. Lakin top təhlükəni hiss edən Hendersonun müdaxiləsiylə meydanı tərk etdi. Belədə “Qarabağ”ın künc zərbəsi yerinə yetirəcəyini düşünsək də, Uolş 1-ci hissəni başa çatdırdı.

“Köhlən atlar”ın ikinci yarıya daha fərqli yanaşacağını təxmin etmək sadəlövhlük deyildi. Amma ağdamlılar bizi yanıltmağı bacardı. Yaxşı ki, Koxalski Veqhorstun zərbəsini dəf etməklə təhlükəni sovuşdurdu. 52-ci dəqiqədə Renç cərimə meydançasına daxil olan Juninyonu kobud müdaxiləylə yerə yıxdı ki, Uolş qayda pozuntusunun olmadığını dedi. Ardınca Benzya uzaqdan bəxtini sınadı. Onun qüvvətli olmayan zərbəsini qarşılamaq Pasver üçün çətin olmadı. 57-ci dəqiqədə Andrade Beznyanın ötürməsini dəyərləndirə bilmədi. Daha doğrusu, ona Şutalo imkan vermədi.

72-ci dəqiqədə isə ağdamlıların növbəti səhvi qeydə alındı. Henderson Zubirlə təkbətək mübarizədən qalib ayrılaraq topu Rasmussenə çatdırdı. Rəqibə irəlidə mane olacaq yeganə futbolçu Medina idi ki, o, müdaxilə üçün xeyli yubandı və sonda cərimə meydançası daxilində kobud qayda pozuntusuna yol verdi. Nəticədə penaltini dəqiq yerinə yetirən Veqhorst fərqi artırdı. Qonaqların təmsilçisinin növbəti qolu da özünü çox gözlətmədi. Topu ələ keçirən Ekpom Qodtsa ötürmə etməklə Medinanın təzyiqindən qurtuldu və özünü zərbə mövqeyinə çatdırdı. Komanda yoldaşının “kürə”ni qaytarmasından sonra “çərçivə”ni dəqiq nişan alan Ekpom hesabı darmadağın həddinə çatdırdı – 3:0!

79-cu dəqiqədə Qaay ilə mübarizədə qaydanı pozan Elvinin “qırmızı” almasıyla təsəlli qolu ilə bağlı ümidlər də “dəfn edildi”. “Ayaks”a gəlincə, qonaqlar 4-cü qolu vurmaq istəyiylə irəli atıldı. 89-cu dəqiqədə Koxalski Rençin zərbəsini dəf etdi. Beləliklə, “Qarabağ” avrokuboklarda ardıcıl 5-ci, Avropa Liqasında isə 3-cü dəfə məğlub oldu. Səbəb nə olur-olsun, belə nəticələr “köhlən atlar”a yaraşmır!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

24-10-2024, 19:0

“Qarabağ” - “Ayaks”: START HEYƏTLƏRİ

Ölkə futbolu

29-09-2024, 18:0

“Qarabağ” - “Sabah”: START HEYƏTLƏRİ

Premyer-liqa

18-10-2024, 16:0

"Kəpəz" - "Qarabağ": START HEYƏTLƏRİ

Ölkə futbolu / Avropa Liqası

5-09-2024, 09:0

"Qarabağ"ın Avropa Liqası üçün iştirak ərizəsi

Premyer-liqa

1-09-2024, 19:0

“Zirə” - “Qarabağ”: START HEYƏTLƏRİ

Ölkə futbolu

20-09-2024, 18:0

"Qarabağ" - "Neftçi": START HEYƏTLƏRİ

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 320
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə