• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Malmö” isveçlilərin “Qarabağ” xofuna son qoydu - REPORTAJ

Reportaj / Avropa Liqası

5-10-2024, 16:0

Avropa Liqası, əsas mərhələ, 2-ci tur
Qarabağ – Malmö (İsveç) 1:2 (1:1)

97. Fabian Buntiç
44. Elvin Cəfərquliyev
81. Kevin Medina
13. Bəhlul Mustafazadə
(55. Bədavi Hüseynov, 68)
30. Abbas Hüseynov
(11. Emmanuel Addai, 77)
66. Patrik Andrade
6. Julio Romao
(8. Marko Yankoviç, 69)
10. Abdulla Zubir (k)
7. Yassin Benzya
15. Leandro Andrade
(27. Toral Bayramov, 68)
18. Olavio Juninyo
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
99. Mateuş Koxalski
20. Riçard Almeyda
21. Aleksey Kaşuk
24. Aleksey İsayev
90. Nəriman Axundzadə
22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

27. Yuhan Dalin
(1. Rikardo Fridrix, 46)
25. Qabriel Buzanello
19. Kolin Rösler
18. Pontus Yansson
17. Yens Larsen
16. Oliver Berq
23. Lasse Yonsen
8. Serxio Penya
(7. Otto Rosenqren, 79)
10. Anders Kristiansen (k)
(38. Hüqo Bolin, 62)
20. Erik Botheym
(22. Taha Ali, 90)
9. İsaak Kise Telin
(5. Sören Riks, 90)
Ehtiyat oyunçular
30. Yoakim Persson
13. Martin Ulsson
14. Sebastyan Yorgensen
32. Daniel Qudyonsen
34. Zakarya Lukili
35. Nils Setterström
37. Adrian Skoqmar
Baş məşqçi: Henrik Ridström

Qollar: O.Juninyo, 15 (1:0). E.Botheym, 19 (1:1). E.Botheym, 47 (1:2).
Vərəqələr: H.Bolin, 72. R.Fridrix, 90 – sarı.
Hakimlər: ANASTASİOS PAPAPETRU, Trifon Petropulos, İordanis Aptosoqlu, Aleksndros Tsakalidis (hamısı Yunanıstan).
VAR hakimi: Angelos Yevangelu (Yunanıstan).
VAR hakiminin köməkçisi: Atanasios Silos (Yunanıstan).
Hakim-inspektor: Loren Duamel (Fransa).
UEFA nümayəndəsi: Aleksandr Keplin (Qazaxıstan).
3 oktyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 28234 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
7 (1) qapıya (“çərçivə”yə) zərbə 7 (5)


7 künc zərbəsi 1
2 ofsayd 1
11 qayda pozuntusu 10
0 (0) sarı (qırmızı) vərəqə 2 (0)
56 topa sahibolma (faizlə) 44


Yəqin ki, “Qarabağ” “Malmö”yə qalib gəlsə, qələbə həzzi qısa müddətdə əriyəcək, ağdamlılar və azarkeşləri gözünü “Ayaks”la matça dikib növbəti üç xalın ümidiylə yaşayacaqdı. Ona görə ki, “köhlən atlar” avrokuboklarda xeyli belə qələbəyə imza atıb. Tərəfdarlar həmin ləzzətə alışıb. Lakin ardıcıl 4-cü məğlubiyyət qeydə alındı və çox güman, hələ nə “Qarabağ”, nə də azarkeşləri özünə gəlib. Hər halda, futbol ictimaiyyəti “Malmö”nün ilk dəqiqələrdən təşəbbüsü ələ alacağını və demək olar ki, əvvəldən axıra qədər diqtə edən tərəf olacağını proqnozlaşdırmırdı. O başqa məsələ ki, qonaqların fəallığı hesabı açmaq üçün bəs etmədi. Əvvəlcə “Qarabağ” rəqibin qapı torunu silkələdi.

Buna qədər Yansson Elvinin cərimə meydançası daxilinə ötürmə etməsinə mane oldu. 15-ci dəqiqədə Zubir Bəhlulun göndərdiyi topu başla Juninyonun önünə atdı. Braziliyalı meydanından mərkəzindən başlamaqla sürəti hesabına təkbaşına reyd edərək “çərçivə”ni dəqiq nişan aldı. Beləliklə, bir qədər əvvəl Elvini dayandıran Yansson bu dəfə Dalinlə birlikdə rəqiblə mübarizədən məğlub ayrıldı. Hər halda, azarkeşlərin sevinci uzun çəkmədi. Daha doğrusu, dərhal daha da fəallaşan qonaqlar ilk təhlükəli hücum cəhdində hesabı bərabərləşdirdi. Berqin ötürməsini qəbul edən Buzanello topu Botheymə çatdırdı ki, sonuncu akrobatik zərbəylə məqsədinə çatdı. Burda Medina başla topu dayandırmaq istəsə də, alınmadı. Elvin, ümumiyyətlə işə yaramadı.

İlk yarının qalan dəqiqələrində komandaların qarşılıqlı hücumlarına şahidlik etdik. “Qarabağ”dan Juninyo Zubirin, Bəhlul Benzyanın ötürmələrini qeyri-dəqiqlik üzündən dəyərləndirə bilmədi. 24-cü dəqiqədə Elvinin cərimə meydançası daxilinə ötürdüyü “kürə” tirə toxunub meydanı tərk etdi. 36-cı dəqiqədə Leandro qapıya paralel ötürmə versə də, Juninyo topa çata bilmədi. “Malmö”nün hücumu daha təhlükəli oldu. Buntiç Telinin zərbəsini dəf edərək komandasını yüzfaizlik qoldan qorudu.

Fasilədən sonra “Qarabağ”ın irəli atılacağını gözləsək də, belə olmadı. Oyun canlanan kimi qonaqlar tablodakı rəqəmlərdən birini dəyişdi. Yonsen 47-ci dəqiqədə Zubiri qabaqlayıb topu ələ keçirdi və Botheymə çatdırdı. Sonuncu “çərçivə”ni dəqiq nişan aldı. Komandasını hesabda önə keçirməklə yanaşı, dublunu rəsmiləşdirdi.

Əlbəttə, “Qarabağ”ın təcrübəsinə və potensialına bələd olanlar ağdamlıların nəinki cavab, hətta qələbə qolunu vuracağına da inanırdı. Lakin son dəqiqələrə qədər davam edən gərgin mübarizə - qarşılıqlı hücumlar və qapıya zərbələr nəyisə dəyişmədi. Hətta Botheym 54-cü dəqiqədə het-trikə imza ata bilərdi. Xoşbəxtlikdən Buntiç növbəti dəfə əla seyvlə komandasını qoldan xilas etdi. Qolkiper Bəhlul və Medinanın arasından keçən hiyləgər zərbəni zərərsizləşdirdi. 59-cu dəqiqədə Juninyo Abbasın ötürdüyü topu tora qovuşdursa da, oyundankənar vəziyyət sevinci qursaqda qoydu. Ardınca Buntiç Penyanın qol müəllifi olmasına imkan vermədi. Elvinlə Addainin cəhdləri isə müdafiə xəttinin ayıq-sayıqlığı üzündən boşa çıxdı. 84-cü dəqiqədə Zubirin keçmişi xatırladan fəal oyununa şahidlik etdik. Təəssüf ki, o, sonda uzaq yox, yaxın küncə zərbə vurdu və top dirəyə tuş gəldi. Bir qədər sonra Juninyonun Yankoviçin ötürdüyü topu başla “çərçivə”yə göndərmək istəyi qeyri-dəqiqlik üzündən reallaşmadı.

Nəticədə “Qarabağ” Zaqreb “Dinamo”su və “Tottenhem”dən sonra “Malmö”yə də uduzdu. Qarşıda isə komandanı “Ayaks”la ağır oyun gözləyir.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

3-10-2024, 19:0

"Qarabağ" - "Malmö: HEYƏTLƏR

Ölkə futbolu / Avropa Liqası

5-09-2024, 09:0

"Qarabağ"ın Avropa Liqası üçün iştirak ərizəsi

Ölkə futbolu

29-09-2024, 18:0

“Qarabağ” - “Sabah”: START HEYƏTLƏRİ

Ölkə futbolu

20-09-2024, 18:0

"Qarabağ" - "Neftçi": START HEYƏTLƏRİ

Premyer-liqa

24-08-2024, 17:0

"Qarabağ" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Ölkə futbolu

16-07-2024, 18:0

“Qarabağ” - “Əl-Şabab”: START HEYƏTİ

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 322
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə