Bilindiyi kimi, UEFA “Qarabağ”ı 28500 avro cərimələyib.
Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi 3-cü təsnifat mərhələsinin cavab matçında “düzgün olmayan davranış”a görə 6000 avro ödəyəcək. Bakıda Zaqreb “Dinamo”su ilə oyun (0:2) isə ağdamlılara baha başa gəlib. Belə ki, “köhlən atlar” “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro cərimələnib.
Görəsən, “Qarabağ” bu qərarla bağlı hansı addım atmağı düşünür? Bu sualla klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması belə oldu: