“UEFA - mafiya” şüarı “Qarabağ”a baha başa gəldi

27.03.2024 20:20 223
Manşet / Avropa Liqası
UEFA “Qarabağ”ı 45750 avro (təxminən 84532 manat) məbləğində cərimələyib.

Bu barədə “Football-plus.az”a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Onun sözlərinə görə, cərimələr Avropa Liqasının 1/16 və 1/8 final mərhələsində keçirilən oyunları əhatə edir:

“Qarabağ” “Braqa”ya qarşı pley-off mərhələsinin cavab matçında lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro cərimələnib. “Bayer-04”lə Bakıdakı ilk qarşılaşmada azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiyinə görə də 2750 avro ödəməliyik”.

Anar bəy təhqir xarakterli təxribatçı mesajlar deyilərkən azarkeşlərin səsləndirdiyi “UEFA, mafiya” şüarının nəzərdə tutulduğunu bildirdi. Xatırladaq ki, “Qarabağ” azarkeşləri Leverkuzendə keçirilən matçda da həmin ifadələrdən istifadə edib.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul