Bəs komandanın azarkeşləri bu haqda nə düşünür? “Ultras Turan” azarkeş qrupunun rəhbəri Kamal Saqqayev oyunla bağlı fikirlərini bizlə bölüşdü:
“Məğlub olmuşuq və bu oyundan bir nəticə çıxarmalıyıq. Hakimliklə bağlı danışmağa dəyməz. Bizim oyuna çatanda FİFA, UEFA qərarları qüvvəyə minir. Rəqibə gələndə bu qərarlar gözə görünmür. AFFA-dan çox xahiş edirik ki, Elçin Məsiyev kimi hakimləri Tovuza göndərməsinlər. Əziyyətimizi görməzdən gəlir. Biz həmişə komandanın yanındayıq. “Şamaxı” ilə oyunda da komandamızı dəstəkləyəcəyik”.
ƏSƏD SEYİDOV






