• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” neçənci yerdə olmalıdı? - KÖŞƏ

Manşet / Yazarlar

9-09-2024, 11:0

Hər şey əvvəlki kimidi. “Neftçi” yenə qələbəyə həsrət qaldı. Lap o məşhur tamaşada deyildiyi kimi. Düzdü, ukraynalı çalışdırıcı Roman Qriqorçukun baş məşqçi postuna təyinatından sonra “Neftçi” o qədər də uduzmur. Amma məsələ ondadı ki, “Neftçi” qalib gəlməyi də bacarmır.

Bir vaxtlar Bakı “İnter”ini çalışdıran gürcü Kaxaber Sxadadzenin fəxrlə dediyi kimi: “Biz qol vurmağı bacarmırıq, amma bizə də qol vura bilmirlər”. Bu fəlsəfəni bəlkə də həmin vaxt Sxadadzeyə və onun “İnter”inə bağışlamaq olardı. Çünki onun komandası ilk pillələrdə qərarlaşır, medallar uğrunda mübarizə aparırdı. Praqmatik oyun fəlsəfəsi həmin vaxt “bankirlər”ə nəticə qazandırır, onları irəli aparırdı. İndiki halda isə “Neftçi” barədə bu sözləri demək olmur. Qriqorçukun “Neftçi”si qələbə qazana bilmir və turnir cədvəlinin “zirzəmisində” qərarlaşıb. Heç şübhəsiz, 10 komanda arasında 9-cu yerdə olmaq “Neftçi”nin ad-sanı və iddiaları ilə yanaşı, klubun büdcəsinə, eləcə də orda çalışanların aldıqları yüksək məvaciblərə yaraşmır.

Bu dəfə “Neftçi” “Şamaxı”ya bata bilmədi. O “Şamaxı”ya ki, ötən mövsüm 1-ci liqada mübarizə aparırdı, elitaya yeni yüksəlib. Elə Ayxan Abbasov da Roman Qriqorçuk kimi baş məşqçi postuna yayda təyinat alıb, yəni onun üçün də komanda yenidi. Məsələnin bir başqa tərəfi büdcələr, maddi imkanlar arasındakı fərqdi. Əyalət təmsilçisi “Neftçi” kimi istədiyi futbolçunu heyətinə qata, legionerlərə yüksək məvacib təklif edə bilmir. “Şamaxı”nın baş məşqçisi yerlidi, “Neftçi”də isə ukraynalı çalışdırıcı söz sahibidi. Üstəlik “Neftçi”də idman direktoru, baş icraçı direktor vəzifəsində də əcnəbilər əyləşib, hər biri xarici valyuta ilə maaş alır. Bir sözlə, hər şey fərqlidi və bu müqayisədə tərəzin ağır gözü “Neftçi” tərəfdədi. Amma bir vacib məqam var. “Şamaxı” meydanda nə istədiyini bilir, ölkənin ən qocaman klubundan daha yaxşı görünür, nəticələri də alqışlanır. “Neftçi”nin isə nə oynadığı, hansı taktikayla nə etmək istədiyi bilinmir. Artıq beşinci turdu ki, meydanda xaotik hərəkətlər edən, bitirici zərbəni necə vurmaq lazım olduğunu bilməyən 11 futbolçunun ora-bura qaçmasını izləyirik. Heç komandanın kapitanının kim olduğu da bilinmir. “Sarğı” hər tur bir futbolçunun qoluna taxılır. Bu barədə suala isə “komandanın daxili işi” adı qoyulur, dövlət sirri kimi yanaşılır.

“Şamaxı” ilə oyundan sonra Qriqorçuk ona vaxt lazım olduğunu bildirib. Dediyinə görə, bu vaxt komandaya yeni gələnlərin uyğunlaşması üçün vacib imiş. Nə sirrdisə, həmin vaxt Ayxan Abbasova və onun “Şamaxı”sına, eləcə də Kurban Berdıyevə və onun “Turan Tovuz”una lazım olmadı. Bunu da bir kənara qoyuram. Elə vaxtla hər şey həll olunacaqdısa, Miodraq Bojoviçə də daha çox vaxt vermək olardı. “Neftçi” ötən mövsüm iki əcnəbi çalışdırıcı yola salıb, Roman İosifoviçin arzuladığı vaxt onların heç birinə verilməyib. Çünki hiss edilib ki, “Neftçi”nin dərdi vaxtda deyil. İllərlə Azərbaycan çempionatında oynayan, milli komandada forma geyən Ramil Şeydayev 3-4 metrədən boş qapıya düşə bilmir, topu göyə uçurur. Onun nəyinə vaxt verəcəksən? Guya ki, Ramilə vaxt verəndə topa düzgün zərbə vurmağı öyrənəcək, “çərçivə”ni dəqiq nişan alacaq?

Mən dəfələrlə demişəm, yazmışam. Bir daha deyirəm ki, Roman Qriqorçuka çox böyük hörmətim var, onun məşqçilik bacarığına şübhə etmək futboldan bixəbərlik olar. Amma “Neftçi”də işlər qaydasında deyil. Legioner seçimindən tutmuş elə yerli futbolçuların “meydan sulamasına”, özlərini əvəzolunmaz hesab etməsinə qədər komanda problemlər içindədi. Görünən odu ki, Qriqorçuk da bu problemlərin əlində aciz qalıb, onların həlli yolunu tapa bilmir. Bu problemlərin davam etməsi isə Roman İosifoviçin “Neftçi”dən ayrılmasını da tezləşdirəcək. Heç arzulamadığım ssenaridi. Əksinə, onun “Neftçi”ni yeni səviyyəyə yüksəltməsini, “Qarabağ”a layiqli rəqib izləyəcəyimizi düşünürdüm. Etiraf edirəm ki, məyus olmuşuq. Bəlkə də ona bunu həyata keçirməyə imkan verməyən müəyyən qüvvələr var və həmin qüvvələr klubun daxilində kök salıblar.

Pərdəarxası oyunlardan çox da danışmaq istəmirəm. Gözlə görünənlər kifayət edir. Görünən də odu ki, “Neftçi” beş turdan sonra qələbəyə həsrətdi, premyer-liqadakı rəqiblərinin yarısıyla qarşılaşıb və onları üstələyə bilməyib. Deməli, komandanın tutduğu yer də təsadüfi deyil. Bu yerlə barışmaq lazımdı. Hə, daha pisinin olmayacağı da şübhə doğurmur, çünki “Kəpəz”in vəziyyəti daha pisdi.

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

4-09-2024, 20:0

“Neftçi” Qriqorçukun tələbini müsbət cavablamağa məcbur oldu – sədası Ukraynadan gəldi

Ölkə futbolu / Manşet

13-07-2024, 17:0

Qriqorçukun “Neftçi”sini görə bilməyəcəyik?

Ölkə futbolu

17-07-2024, 20:0

“Neftçi” qələbə qazandı

Premyer-liqa / Manşet

4-07-2024, 23:0

“Düzdü, çətin oldu, amma onu "Neftçi"yə gətirə bildik” - NAD Qriqorçuka və “Neftçi”yə inanır

Ölkə futbolu / Manşet

25-07-2024, 10:0

Qriqorçukun sirri faş oldu! - “küçə futbolu oynayırlar...”

Premyer-liqa

18-05-2022, 15:0

Azərbaycan derbisi rəqəmlərin gözü ilə

Aktual
“Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
Son xəbərlər
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
  • Dünən, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Dünən, 15:05
    "İmişli"dən yeni transfer
  • Dünən, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Dünən, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Dünən, 13:27
    Romadan Milana üz tuta bilər
  • Dünən, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Dünən, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Dünən, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Dünən, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Dünən, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Dünən, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Dünən, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Dünən, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Dünən, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
Daha çox
Oxunub: 222
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 167
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 109
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə