“Neftçi” qələbə qazandı

17.07.2024 20:38 347
Ölkə futbolu
Növbəti mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçına çıxıb.

“Football-plus.az” xəbər verir ki, Roman Qriqorçukun komandası Türkiyə Superliqası təmsilçisi "Sivasspor"la qarşılaşıb. Oyun "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin qollarını Mark Tamaş (45+3) və Yeqor Boqomolski (80) vurub.

Qeyd edək ki, "Neftçi" Türkiyədəki ilk yoxlama matçında "Alanyaspor"a 3:1 qalib gəlib.