• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ayxan Abbasovu “şişirtməyək” - KÖŞƏ

Manşet / Yazarlar

7-09-2024, 10:0

Ayxan Abbasov Azərbaycan məşqçi sexinin önəmli simalarından biridi. Buna heç kim şübhə ilə yanaşmır.

Futbolçu karyerası ərzində U-21 millimizlə yanaşı, iddialı klubların - “Şəfa”, “Turan”, “MKT-Araz”, “İnter”, “Qarabağ” və başqalarının şərəfini qoruyubsa, baş məşqçi kimi “Zirə”, “Sumqayıt” və “Turan Tovuz”dan sonra “Şamaxı”da çalışmağa başlayıb. Onun “bozqurd”la yolları ayırmasının səbəbləri hələ də müəmmalıdı. Düzdü, komanda Kurban Berdıyevin rəhbərliyi altında qazandığı nəticələrlə həmin hadisənin pərdəarxasına marağı azaldıb. Lakin Ayxan Abbasovun “Neftçi” ilə matçdan sonra səsləndirdiyi fikirlər müəyyən incikliyin olduğunu, emosiyaların hələ soyumadığını göz önünə sərdi. Mütəxəssis ölkəmizdə yerli məşqçilərə yetərincə dəyər verilmədiyini, əcnəbilərin uğurlarının daha intensiv gündəmə gətirildiyini iddia etdi. O, “gördüyümüz iş asan deyil. Bu gün tək mən yox, premyer-liqadakı bütün yerli məşqçilər əziyyət çəkir. Amma lazım olan dəstək yoxdu” sözləriylə ötən tura damğa vurdu.

Belədə istər-istəməz ağla “Turan Tovuz”un yeni çalışdırıcısı Kurban Berdıyevə yaradılan şərait gəlir. Axı mətbuatda yayılan məlumatlara görə, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev komandanın ev qələbələrinə görə 60 min, səfərdəkilərə görə 100 min manat mükafat verir. Hələ məbləğin əvvəllər az olduğu, sonradan çalışdırıcının israrıyla artırıldığı bildirilir. “Bozqurd”un Tovuzdan Bakıya və əks istiqamətdə səfərləri üçün sürət qatarı da ayrılıb ki, reys istənilən vaxt kollektivin xidmətindədi. Tovuzun paytaxta ən uzaq yerlərdən biri olduğunu nəzərə alsaq, komanda indi daha az yorulur. Hər halda, Ayxan Abbasovun dövründə təxminən 420 km məsafə avtobusla qət edilirdi.

Başqa məsələlər də var. Məsələn, mütəxəssisin sabiq komandasında ciddi dəyişiklik edilməyib. Bəli, Berdıyev demək olar ki, hazır kollektivi çalışdırır. Sadəcə, müdafiə və qapı xətti gücləndirilib ki, Abbasov da vaxtilə bu problemlərin aradan qaldırılmasının vacibliyini vurğulamışdı. Yox-yox, Kurban bəyin uğurlarını kiçiltmirik. Çünki o, qısa müddətdə komandanın oyun tərzində mühüm dəyişikliklər etməyi bacarıb. Çalışmaların bəhrəsi isə turnir cədvəlindən bilinir. Ayxan bəy işinə davam etsə, indiki nəticələr qeydə alınacaqdımı? Böyük ehtimalla, xeyr! Söhbət Berdıyevə verilən imkanlardan gedir ki, Abbasov məhz bu mövzuları nəzərdə tutur. Belə şərait ölkəmizdə, yəqin ki, yalnız Qurban Qurbanova yaradılıb. O başqa məsələ ki, “Qarabağ”ın baş məşqçisi həmin rahatlığı da dişiylə-dırnağıyla əldə edib. Kurban bəy isə təcrübəsindən düzgün istiqamətdə faydalanmaqla. Qısası, belə rahatlığa qovuşmaq üçün ciddi uğurlar qazanmaq lazımdı. Ya keçmişdə, ya da gələcəkdə. Ayxan Abbasovun karyerasında isə “dişə çəkiləsi” nəsə yoxdu. Mütəxəssis vaxtilə “Sumqayıt” və “Zirə”ni avrokuboklara daşısa da, təsnifat mərhələlərində mübarizədən çəkilib. Təbii ki, “Şamaxı”nın baş məşqçisinin böyük uğurlar qazanmaq üçün vaxtı var. Əlbəttə, belədə üzərində çox çalışmalı, təcrübəsini zənginləşdirməlidi. Yalnız bundan sonra yerli mütəxəssislərə şərait yaradılmamasına görə gileylənə bilər. O, hələ “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovun dediyi kimi fantastik iş də görməyib. Əsl fantastika “Zirə”nin “Omoniya”dan 6 qol buraxmasıydı...

Ümumiyyətlə, “Şamaxı”nın 4 oyunda 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətə imza atması ciddi nəticə deyil. Nəzərə alaq ki, “şirlər” indiyə qədər “Sent Patriks”lə qarşılaşacağına görə əsas heyətlə meydana çıxmayan “Sabah”dan, “Omoniya”nın Nikosiyada darmadağın etdiyi “Zirə”dən və biabırçı performans göstərən “Neftçi”dən xal alıb. Çempionata köklənən “Araz-Naxçıvan”a isə uduzub. Əlbəttə, hər şeyi bəxtlə əlaqələndirmirəm. Şübhəsiz, Ayxan bəy “Şamaxı”yla böyük uğurlar qazana bilər. Kollektivin oyun elementlərində baş məşqçinin işini görməmək insafsızlıq olar. Amma mütəxəssisi indidən “şişirtmək” məntiqli yanaşma deyil. Rəqiblərin milli fasilədən sonra yaxşı mənada fərqli oyun göstərəcəyini proqnozlaşdırsaq, əsas sınaqlar hələ qabaqdadı. İndi gileylənmək, hadisələrə don geydirmək, özünü kimləsə müqayisə etmək vaxtı deyil. Vəzifə “Şamaxı”nın premyer-liqadakı yerini möhkəmləndirməkdi. Keçmişə ilişib qalmaq bu mənada nə dərəcədə faydalı olacaq? Axı Ayxan Abbasov “Turan Tovuz”dan ayrılana qədər “şirlər” əcnəbi mütəxəssislərlə danışıq aparırdı. Sadəcə, tale yolları gözlənilmədən birləşdirdi. Bu üzdən, nə kimisə ruhdan salmaq, nə də eyforiyaya qapılmasına səbəb olmaq düzgün olmaz.

Necə deyərlər, meydan düz, top yumrudu. Hadisələrin axarı kimin nəyə layiq olduğunu göstərəcək.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

14-06-2024, 15:0

Kapitan Kurban Berdıyev haqda nə dedi?

Premyer-liqa / Manşet

31-08-2024, 19:0

"Bizdə yerli məşqçilərin işinə o qədər də qiymət verilmir" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

7-06-2022, 16:0

Ayxan Abbasov “Turan Tovuz”da oynayacaq futbolçuların adını açıqladı - SİYAHI

Ölkə futbolu

9-10-2023, 10:0

Ayxan Abbasov "Turan Tovuz"da yubiley oyununa çıxdı

Ölkə futbolu

13-06-2024, 10:0

Ayxan Abbasov “Şamaxı”da - Rəsmi açıqlama!

Ölkə futbolu / Manşet

28-05-2024, 21:0

"Neftçi"nin yeni baş məşqçisi Ayxan Abbasovdu! - SON DƏQİQƏ

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
Daha çox
Oxunub: 224
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 148
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə