Çempion məşqçinin yeni klubu bilindi

8.08.2024 15:36 425
Aktual / Ölkə futbolu
Qapıçılar üzrə məşqçi Elnar Kərimovun yeni iş yeri bəlli olub.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, mütəxəssis karyerasına 1-ci liqa klubu “Mingəçevir”də davam edəcək. “Nur şəhəri”nin təmsilçisi məşqçiylə bir il müddətinə müqavilə imzalayıb.

Qeyd edək ki, Elnar Kərimovun sonuncu iş yeri “Şamaxı”dı. “Şirlər” 1-ci liqada çempion olandan sonra onunla yolları ayırıb.

KƏNAN BAHADIR