“Fənərbaxça”nın akademiyasını gördü, “Karvan”da iş tapdı

11.07.2024 17:32 403
Aktual / Ölkə futbolu
1-ci liqa iştirakçısı “Karvan”ın məşqçilər korpusunda yenilik baş verib.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, Yevlax təmsilçisi baş məşqçi Kənan Kərimovun köməkçilərinin sayını artırıb. Beləliklə, Zaur Hacıyev bundan sonra Rəşad Yusifovla birlikdə köməkçi məşqçi funksiyasını bölüşəcək.

Qeyd edək ki, Zaur Hacıyevin sonuncu iş yeri “Qəbələ”di. O, indiyə qədər “qırmızı-qaralar”ın U-19 komandasının baş məşqçisi olub. Mütəxəssis ötən ilin noyabrında “Fənərbaxça”nın akademiyasında qonaq qismində təcrübə toplayıb.

KƏNAN BAHADIR