Rahid Əmirquliyevin yeni iş yeri bəlli oldu - ÖZƏL

25.07.2023 15:05 972
Ölkə futbolu / Manşet
Bir ay öncə futbolçu karyerasını bitirən Rahid Əmirquliyevin yeni iş yeri bəlli olub.

“Football-plus.az” saytının əldə etdiyi məlumata görə, “Səbail” son 5 mövsümü heyətində keçirən futbol veteranı ilə razılığa gəlib. Rahid bundan sonra “dənizçilər”in U-19 komandasının baş məşqçisi Mirbağır İsayevin əsas köməkçisi olacaq.

Qeyd edək ki, Bayıl təmsilçisinin Rahidə iş təklif edəcəyi haqda məlumatı ilk dəfə “Futbol+” qəzeti yayıb.

KƏNAN BAHADIR