Bilindiyi kimi, "zərərçəkənlər" arasında "şirlər"in maaş və mükafatları verilmədən yola salınan qapıçılar üzrə məşqçisi Elnar Kərimov da var. Bayramın geridə qaldığını nəzərə alıb, bu dəfə Elnar bəylə əlaqə saxladıq. Onun söylədikləri:
"Bəli, bayram günləri geridə qaldı. Lakin klub tərəfindən hələ də mənə ödəniş edilməyib. İndi də problemin gələn həftə həll olunacağı deyilir".
Mütəxəssis karyerasıyla bağlı planlarını da saytımızla bölüşdü:
"1-ci liqa təmsilçisi "Mingəçevir"dən təklif almışam. Düşünürəm. Düzü, başqa təkliflər də var. Həmçinin Bakıdakı akademiyaların birində uşaq futbolu sahəsində çalışa bilərəm. Götür-qoy edib son qərarımı verəcəm".
Xatırladaq ki, Elnar Kərimov 2024-cü ilin əvvəlindən "Şamaxı"da çalışırdı.
KƏNAN BAHADIR






