"Şamaxı"nın premyer-liqaya yüksələndən sonra yollarını ayırdığı qapıçılar üzrə məşqçi Elnar Kərimovun işsiz günləri başa çata bilər.
"Football-plus.az"ın əldə etdiyi məlumata görə, mütəxəssisin xidmətində maraqlı olan klublar var. Söhbət 1-ci liqa təmsilçiləri "Karvan" ilə "Mingəçevir"dən gedir. Kərimov bölgə təmsilçiləriylə danışıqlara davam etsə də, yekun qərarını verməyib.
KƏNAN BAHADIR