Quqeşaşvilinin yeni klubu bilindi

9.07.2024 14:35 295
Ölkə futbolu
"Qarabağ" qapıçısı Luka Quqeşaşvili ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, Gürcüstan millisinin qolkiperi Yunanıstanın "Panserraikos" klubuna transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. O, Superliqa təmsilçisi ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Quqeşaşvili 2022-ci ildən "Qarabağ"da oynayırdı.