• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qəbələdə və Sarayevoda bərbad idarəçilik

---

31-07-2023, 22:0

İki gün öncə Konfrans Liqasının təsnifat mərhələsində mübarizəyə daha iki təmsilçimiz qoşuldu.

"Qəbələ" "Omoniya"nı qəbul etdisə, "Neftçi" "Jelezniçar"ın qonağı oldu. Qəbələdə keçirilən görüşü Andrey Çivuletenin rəhbərlik etdiyi, Rumıniyadan olan hakimlər briqadası idarə edirdi. Qarşılaşmanın 2-ci dəqiqəsində Roman Bezus İlkin Qırtımova qarşı kobudluq etsə də, hakim rəsmi xəbərdarlığa ehtiyac duymadı. 80-ci dəqiqədə isə Murad Musayev rəqib futbolçuya qarşı cərimə meydançasında kobudluğa görə penaltiyə səbəbkar oldu. Amma epizoda diqqətlə baxanda, sanki qayda pozuntusu yox idi. 85-ci dəqiqədə isə Allaşa qarşı oxşar epizodda ədalət təmsilçisi nəinki penalti təyin etdi, əksinə, "9 nömrə"yə simulyasiyaya görə sarı vərəqə göstərdi.
Oyunda hakimliyi daha detallı incələməsi üçün Tahir Süleymanova tribuna verdik:

"Məhsuldar alınsa da, görüş korrekt keçir, futbolçular bir-birinə hörmətlə yanaşırdı. İkili mübarizələrdə sərtlik olsa da, aşırı kobudluğa yol verilmirdi. "Omoniya" bütün qolları cərimə zərbələrindən sonra vurdu. İlk iki qolda folların qeydə alınmasında problem olmasa da, penalti anında referi epizoda aşırı yanaşdı. Ümumilikdə görüşü yaxşı idarə edən baş hakim "Omoniya"nın belə gözləmədiyi halda “nöqtə”ni göstərdi. Çox ağır qərar idi. Ədalət təmsilçisinin ən ədalətli final fiti qarşılaşmada bərabərliyin qeydə alınması olardı. Belə məsul görüşlərdə, kritik anlarda bəsit penaltilər göstərilməməlidi".


Sarayevoda keçirilən "Jelezniçar" - "Neftçi" qarşılaşmasında isə ədaləti Yuri Frişerin rəhbərlik etdiyi, Estoniyadan olan hakimlər briqadası qoruyurdu. Oyun hakim səhvləriylə “göz oxşadı”. 32-ci dəqiqədə top uğrunda mübarizədə Buludovla Yaşaroviç toqquşdu. Daha dəqiq desək, "Jelezniçar"ın oyunçusu kobudluq etdi. Lakin referi vərəqəyə ehtiyac duymadı. 45-ci dəqiqədə Sayeflə Ovçina arasında qarşıdurma yarandı. Nəticədə rəqib "Neftçi"nin futbolçusuna aşkar zərbə endirməklə yerə sərdi. Birbaşa qırmızı vərəqə olsa da, referi fərqli qərar verdi. Hər iki futbolçuya “sarı” göstərməklə məsələyə son qoydu. Ümumilikdə hakimin idarəçiliyi bərbad idi.

İndi də Tahir Süleymanovun bu görüşlə bağlı qeydlərinə keçid alaq:
"Matç hakimlik adına çətin oyunlar kateqoriyasına aid deyildi. Meydanda FİFA referisi olsa da, hiss olunurdu ki, bu statusa uyğun deyil. İlk dəqiqələrdən "Neftçi"nin ərazi üstünlüyünə sahib olması, orta temp, qarşılıqlı kəsərli hücumların olmaması baş hakimi daha da arxayınlaşdırmışdı. Görüşün psixoloji ağırlığı yalnız tribunaların dolu olması, azarkeşlərin çılğınlığı idi. Belə oyunlarda hakim deyimi var, oyuna müdaxilə etmə, korlama, matç 90 dəqiqə öz axarı ilə keçəcək. "Jelezniçar"ın, demək olar ki, ilk hücumda vurduğu qol oyunu nisbətən canlandırdı, tribunaların ayağa qalxması ilə emosiyalar yüksəldi, yerli komanda nisbətən özünəinam qazandı. Bunun nəticəsi kimi futbolçular arasında ikili mübarizələr, kobud oyun, mübahisələr artdı. Referi buna hazır deyildi. Belə anlarda təcrübəli hakimlər 3-5 dəqiqəlik oyunu “fitə oturdur”, komandaları təbii olaraq ritmə salır, futbolçular arasında gərginliyi aradan qaldırır, sakitləşdirir. Ədalət təmsilçisi oyunun “ip”ini elə itirmişdi ki, bəzi anlarda meydanda hakimin varlığı hiss olunmurdu. Rəqib oyunçuların qarşılıqlı kobudluqları, bir-biri ilə qarşıdurmaları oyunun axarını “relsdən çıxarır”, tribunaların təzyiqini daha da artırırdı. Kulminasiya anı Sayeflə yerli futbolçu arasında qarşıdurma oldu. Epizod çox müzakirə doğurduğundan üzərində detallı dayanmağa ehtiyac var. Əvvəlcə xüsusi vurğulayım ki, hərəkətin ağırlıq dərəcəsindən asılı olmayaraq, rəqibi vurmaq və ya vurmağa cəhd etmək birbaşa qırmızı vərəqədi. Rəqibin Sayefin üzərinə bu şəkildə şığıması artıq sərt qərar verilməsini şərtləndirirdi. Referi radikal qərar qəbul etməkdə niyə tərəddüd etdi? Epizod cavab qolundan sonra baş vermişdi və onsuz da oyuna nəzarəti itirən baş hakimin fikri haçalanmışdı. Qol vəziyyətində Ozobiçin müdafiəçi ilə mübarizədə arxadan əllə təması hakimin beynini qarışdırmışdı. Görüşü zəif idarə etsə də, Sayefin epizoduna kimi hansısa komandaya simpatiyası yox idi. Hər iki tərəfə səhvlər edir, görüşün öhdəsindən gələ bilmirdi. Məlum “qırmızı” epizodda oyunun dayanması, fasilənin çox olması, rəqiblərin bir-birinə, hakimə təzyiqi, azarkeşlərin etirazı referiyə düşünmək üçün vaxt qazandırdı. Köməkçiləri ilə də məsləhətləşərək tribunaları, yerli-qonaq amilini, "Neftçi"nin daha üstün oyun sərgilədiyini nəzərə alaraq balanslı qərar qəbul etdi. Sayefin “sarı”sı rəqibi əllə tutub saxladığına, hərəkətə cavab verməsə də, geri çəkilməməsinə görə idisə, bosniyalının "sarı"sı rəqibə zərbə vurmaq və ya cəhd etmək yox, sinəsi ilə itələməsi kimi dəyərləndirildi. Baxmayaraq ki, hərəkət qabarıq olduğu üçün bütün stadion, yerli komanda qırmızı vərəqənin göstəriləcəyini gözləyirdi və referiyə ciddi irad bildiriməyəcəkdi. Əksinə, qərarın yüngülləşdiyini görüb, dərindən köks ötürdülər. Baş hakim ilk hissənin sonlarında özünü necə itirmişdisə, geyim formasının səliqəsini də unutmuşdu. Hakimlikdə belə hallar birmənalı şəkildə qəbul edilmir. Sakitləşmək üçün fasilə tək komandalara yox, referiyə də lazım idi ki, nisbətən özünə gəlsin. Obyektivlik naminə qeyd olunmalıdı ki, ikinci hissədə Ozobiçin “sürüşmə” fəndi ilə qapıçıyla təması yanlış qərarla nəticələndi. Referi birinci hissənin təsiri altında qalaraq günahını yuyurdu. Baş hakimin bəxti gətirdi ki, hesabda geri olan “Neftçi” ikinci yarının ilk dəqiqələrindən tam ərazi üstünlüyünə yiyələndi, "Jelezniçar" meydanın özünə aid hissəsndən demək olar çıxmadı, ancaq hesabı qorumağı düşündü. Yerli futbolçular tərəfindən oyunun bilərəkdən "öldürülməsi", "zədələr" hakimin gözündən yayınmadı və uzatma dəqiqəsində Rəhman Hacıyevin möhtəşəm qolu ilə matça tarazılıq gətirildi. Cavab qarşılaşmasında, həmişə olduğu kimi, "Neftçi" fanatlarının fantastik dəstəyi ilə meydanda aşırı emosiyalara yol verməməli, qələbə təmin edilməlidi. Matçda futbolçular arasında yarana biləcək qarşıdurmalar ancaq rəqibin işinə yaraya, "Neftçi"nin isə oyun planını poza bilər. Aşkar zəif görünən "Jelezniçar"ın Bakıda başqa şansı yoxdu və olmamalıdı".

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

13-08-2022, 15:0

Tahir Süleymanov "Rapid" - "Neftçi" matçını idarə edən hakimin qüsurlarını sadaladı - AÇIQLAMA

Avropa Liqası

15-10-2022, 21:0

İngilislərdən normal idarəçilik

Premyer-liqa / Manşet

19-03-2023, 14:0

"Zirə" - "Sabah" oyununda hakim səhvləri

Yığma / Manşet

25-03-2023, 19:0

Tahir Süleymanov Avstriya - Azərbaycan oyununda hansı hakim səhvlərini tutub? - AÇIQLAMA

Manşet / Avropa Liqası

10-09-2022, 23:0

Tahir Süleymanov: “VAR otağı Minsk qrupuna çevrilmişdi, digər həmsədrlər çatışmırdı”

Aktual
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Son xəbərlər
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Dünən, 19:00
    Messi fırıldaqçıdı?
  • Dünən, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Dünən, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Dünən, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Dünən, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Dünən, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Dünən, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
  • Dünən, 15:31
    Millimizin heyətindən çıxarıldı
  • Dünən, 15:08
    İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
  • Dünən, 14:47
    Sinner axır ki zirvəni ələ keçirdi
  • Dünən, 14:27
    Koronavirusun Cavohirə xeyri dəyib
  • Dünən, 14:06
    Oveçkin gedir, yoxsa qalır?
  • Dünən, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Dünən, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Dünən, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Dünən, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Dünən, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
Daha çox
Oxunub: 578
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 190
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə